14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür
Tarix: 08.07.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda 185-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan, universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov 1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkəmizin siyasi həyatında çox mühüm dönüş nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Rektor bildirib ki, həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Bu gün müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam еtdirildiyini bildirib.
Məşğələdə “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda məruzə ilə çıxış edən, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Vaqif Məmmədov 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş ili olduğunu vurğulayıb. Vaqif Məmmədov 45 il öncə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bugünkü müstəqil, çox böyük perspektivi olan Azərbaycan, Heydər Əliyevin şah əsərinə çevrildi. Vaqif Məmmədov onu da bildirib ki, böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçib, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlayıb. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, özünə xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləyib. Məruzəçi, Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada olduğunu faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliğinin ən vacib məsələlərdən olduğunu qeyd edib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info