QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Polşada Azərbaycan haqqında məqalə yayımlanıb
Tarix: 08.07.2014 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondu "Mədəniyyətlər arasında körpülərin qurulması" layihəsinə uyğun olaraq bu ölkənin məşhur turizm portalında Azərbaycan haqqında məqalə yayımlanıb.
Etraveller.pl Polşanın turizm sahəsində fəaliyyət göstərən ən böyük internet saytlarından hesab edilir. Azərbaycanın zəngin mədəniyyəti və tarixindən, eləcə də müasir inkişafından bəhs edən "Azərbaycan odlar yurdu" məqaləsinin (http://etraveler.pl/strefa-podroznika/azja/azerbejdzan/azerbejdzan-kraina-ognia,artykul.html?material_id=53b54db3bb9d3a8a36e75ce0) həmmüəllifləri Piotr Gabrionçik, Katarina Kulaga və Tomaş Pjiçodjiendir.
Azərbaycanın Avropanın bir çox guşələrindən daha cəlbedici, maraqlı və gözəl təbiətə malik olduğunu bildirən müəlliflər çoxlarının bundan xəbərsiz olduğunu qeyd edirlər. Məqalədə əsrlər boyu Azərbaycanın Avropa və Asiya arasında körpü rolu oynaması və bu məkanın insanlarının çox tolerant olduğu qeyd edilir. Eyni zamanda, yazıda ölkəmizin ekzotik şərq mühitini duymaq üçün əlverişli olduğu vurğulanır.
"Azərbaycan odlar yurdu" məqaləsində həmçinin polşalı mühəndislər Vitold Zqlenitski və Paul Potoskinin XIX əsrin sonlarında ölkəmizin neft sənayesinin inkişafında oynadığı roldan və onların adının əbədiləşdirilməsindən də bəhs edilir.
Şərqdə ilk teatr və operanın məhz Azərbaycanda yarandığını vurğulayan həmmüəlliflər muğamın əsrarəngiz incəsənət növü kimi YUNESKO tərəfindən qeyri-maddi irs nümunəsi kimi qeydiyyata alındığını qeyd edirlər.
Məqalədə oxuculara Qobustan qoruğu, dulusçuluq, oymaçılıq, tikmə sənəti, Azərbaycan mətbəxinin növləri haqqında da məlumatlar verilir.
Qeyd edək ki, Şuranın dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində 13 iyul 2014-cü ildə Polşanın paytaxtı Varşavanın "Mito" qalereyasında Azərbaycana həsr olunan fotosərgi və layihənin təqdimatı keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info