Qaradağ rayon çağırışçıları hərbi xidmətə yola salınıb
Tarix: 08.07.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Bu gün Qaradağ rayon çağırışçılarının daha bir qrupu həqiqi hərbi xidmətə yola salınıb. SİA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi, mayor Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib. O, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıb. İdarə rəisi Novruz Rəhimov bildirib ki, 2012-ci ilin 13 fevral tarixində cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) yeniliklər şəffaflığı ilə göz önündədir: “Belə ki, SHXÇDX yaranan gündən yerlərdə, əsasən də rayonlarda xidmətin yerli idarə, şöbə bölmələrində hərbi qulluqçular tərəfindən gənclərlə (məktəblərdə) mütəmadi işlər aparılır. Gənclərin vətənpərvərliyə qarşı ruhlanması, eləcə də onlarla vətənpərvərlik mövzusunda işlərin aparılması ilk növbədə məktəb illərindən başlanır. Təbii ki, həmin yükün ağırlığı da bizim üzərimizdədir. Biz çalışırıq ki, məktəblərdə gənclərlə “Şahin” hərbi idman oyunlarının, “Cəsurlar” idman yarışlarının, eləcə də hərbi ixtisas üzrə məktəblərdə hərbi təlimlərin keçirilməsi və s. işini davam etdirək.
Əgər biz 20-22 il bundan öncəki illə indiki dövrü müqayisə etsək görərik, çağırışçıların hərbidən yayınma halları baş vermir. Əksinə gənclər özləri könüllü surətdə çağırış məntəqəsinə gələrək qeydiyyata alınırlar. Bu gün Azərbaycanda orduya böyük maraq var. Hətta 18 yaşına çatmayan gənclərimiz də var ki, onlar özləri könüllü olaraq hərbi xidmətə getmək istəyir. Əvəllər çağırışçıların daşınmasında müəyyən problemlər mövcud idi. İndi isə SHXÇDX-nin hər bir rayon, idarə, şöbə və bölmələrinin özünün nəqliyyat vasitəsi var. Bununla da çağırışçıların vaxtında və daha rahat daşınması üçün bütün şərait yaradılıb”.
Hərbi xidmətə yola düşən çağırışçılar isə Vətənə sədaqətlə xidmət edəcəklərini dilə gətirdilər.
Çağırışçı Məmməd Məhəmmədov: “Deyə bilərəm ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Mən də bu güclü dövlətin ordu sıralarında xidmət edəcəyim üçün fəxr hissi duyuram. İnşAllah Dağlıq Qarabağ torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad etmək bizlərə nəsib olar. Hətta çox həyəcanlıyam. Amma buna baxmayaraq, uşaqlıqdan bəri bu günü gözləyirdik ki, biz də hərbi xidmətə gedib Vətənə öz borcumuzu ödəyək”.
Çağırışçı Kamran Həsənov: “Mən iyul ayının 1-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayonundan həqiqi hərbi xidmətə yola salınmışam. Mən Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində əlimdən gələn hər bir şeyi etməyə hazıram. İnşAllah mənlə bərabər bütün əsgər yoldaşlarım da sağ-salamat qayıdarlar”.
Çağırışçı Rauf Bəkirov: “Bu gün bizim üçün çox fəxarətli gündür ki, əsrlərin sınağından çıxan ordumuzu qorumağa və onun bir hissəsi olmağa gedirik. Dəyərli zabitlərimizin də bizə keçdikləri təlim sayəsində bütöv yetişmiş fərd olaraq geri qayıdacayıq. Biz əlimizdən gələni edəcəyik ki, torpaqlarımızı düşməndən geri alaq”.
Çağırışçıların valideyinləri isə övladlarının sevincli anlarını SƏS TV ilə bölüşdü.
Valideyin Səbuhi Eyyubov: “Mən qardaşım oğlu İlham Eyyubovu yola salmağa gəlmişəm. Mən özüm Qarabağ veteranıyam. İlhamın atası da Qarabağ veteranıdır. O gün olsun ki, İlham Eyyubov və onun əsgər yoldaşları torpaqlarımızı düşməndən azad etsin və biz də onlara baxıb fəxr edək. Bununla da onlar analarına-atalarına layiqli övlad olsunlar”.
Valideyin Kamal Bəkirov: “Mən bu gün oğlum Rauf Bəkirovu həqiqi hərbi xidmətə yol salmağa gəlmişəm. Sevincimin həddi-hüdudu yoxdur. Arzum budur ki, onlar sağ-salamat gedib-gəlsinlər. Bir sözlə, bizim ala bilmədiyimiz torpaqları qoy, bu nəsil qaytarsın”.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Səhiyyə Nazirliyi: Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb
17.01.2019
Mübariz Qurbanlı din sahəsində görülən işlərdən danışdı - qanunsuz əməllərə görə 33 protokol tərtib edilib
17.01.2019
İşəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirilib
17.01.2019
“Azərbaycanda din sahəsində stabil mühit mövcuddur”
17.01.2019
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info