“Tezliklə İraq kürdləri arasında müstəqillik referendumu keçiriləcək”
Tarix: 08.07.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Türkiyədə kürd məsələsinin davam edən həll prosesini məmnuniyyətlə izləyirik. Kürd siyasətçilər düzgün mövqedən çıxış edərək, atılan addımları dəstəkləməlidir”. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu İraqın kürd bölgəsinin lideri Məsud Bərzani Türkiyə Kürdüstan Demokrat Partiyasının (TKDP) sədri Sərtaç Bucakı qəbul edərkən deyib. M. Bərzani Türkiyə rəhbərliyinin islahatlarını və dialoq təşəbbüslərini müsbət qiymətləndirib: “Türkiyədəki kürdlərin realist siyasətə ehtiyacı var”.
İraqdakı son proseslərdən də söz açan M. Bərzani rəsmi Bağdadı qətiyyətsiz mövqe sərgiləməkdə ittiham edib. O bildirib ki, tezliklə, ən münasib vaxtda İraq kürdləri arasında referendum keçiriləcək və müstəqillik məsələsi müzakirəyə qoyulacaq: “Kərkük xalqının iradəsinə də sayğı göstəririk. Referendumda öz gələcəklərini müəyyən edəcəklər. Kərkükün bölgədə birgə yaşamaq üçün model əraziyə çevrilməsinə çalışacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info