IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm“ adlı müsabiqə elan edir
Tarix: 08.07.2014 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə "Mənim eko hekayəm" adlı sosial ekoloji müsabiqə elan edib.
Müsabiqəyə ekoloji mövzuda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.
Layihənin həyata keçirilməsində məqsəd insanları ətraf mühitə dəyən ziyanlar barədə məlumatlandırmaq, ekoloji problemlərin həllinin vacibliyini vurğulamaq və bu problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və "word" formatında təqdim olunmalıdır. Ssenarilər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Təqdim olunan ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalıdır. Bir müəllif müsabiqəyə bir ssenari təqdim edə bilər. Müsabiqəyə sənəd təqdim etmək üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən olunan ssenarilər müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq ssenarilər arasından ən yaxşı 3 ssenarini seçəcək. İlk üç yerin sahibi olan ssenarilər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında həmçinin IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial videoçarx hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs müəllifi olduğu ssenarini 15 iyul 2014-cü il tarixindən 15 sentyabr 2014-cü il tarixinədək "Mənim eko hekayəm" başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərə bilər.
Ssenari ilə yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info