Avtobus sürücüsündən ürkən turistlər...
Tarix: 08.07.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


İlkin Ağayev | ilkinagayev@gmail.com

Azərbaycan ictimai nəqliyyatındakı problemlərlə bağlı çox yazılıb, çoxlu ekspertlər, adi vətəndaşlar bu məsələyə münasibət bildiriblər və indi də dönə-dönə bildirməkdədirlər. Amma belə görünür ki, xüsusən də şəhərin avtobus sürücüləri hələ də vətəndaşlarımıza “adrenalin” qazandırmaqda, ölkəyə gələn xarici qonaqları, turistləri “xoş” sürprizlərlə qarşılamaqda davam edir. O gün qarşılaşdığım(əslində hər saat baş verən) belə bir hadisə bir daha bu mövzuya toxunmağa vadar etdi...
Beləliklə, həmişəki kimi, iş günündən sonra 88 saylı avtobusa minib evə gedirdim. Yeri gəlmişkən, bu marşrut çox vaxt iş tempinə görə “nümunə” göstərilir. Nə isə... Avtobus şəhərin mərkəzində - “Hilton” hotelinin yanında – dayanacaq olmayan yerdə dayandı. Yolda əl edən sərnişinləri götürmək üçün. Bu vaxt avtobus sürücüsü əyləci birdən istifadə etdi və avtobus yerində silkələnə-silkələnə dayandı. İçəridəki sərnişinlərdən ayaq üstə duranları isə az qaldı ki, yıxılsınlar. Bu zaman sürücünün bu cür avtobus idarə etməsinə etiraz edən bir sərnişin çıxıb deyinə-deyinə avtobusdan düşdü. Sürücü isə onun ardınca çığıraraq, kobud ifadələr işlətdi. Bu azmış kimi, onunla “haqq-hesab”ı çürütmək üçün avtobusu quduzcasına basabas yolda sürətlə dal-dala sürməyə başladı, bununla da təhlükəli qəza vəziyyəti yaratdı. Məqsədi düşüb gedən sərnişinə bu cür təhlükəli sürüşlə çatıb, onu yenə söymək idi. Buna içəridəki sərnişinlər kəskin etiraz edəndən sonra sürücü tərəddüddə qaldı, sonra isə içəridəki sərnişinlərlə də cırnaşa-cırnaşa yola davam etdi. Amma o, avtobusu birdən təkanla dala verəndə avtobusda olan 3 ingilisdilli turist qorxularından yerlərindən dik atıldılar. Onlar, gözləri bərələ-bərələ avtobusdakı dəmir tutacaqdan yapışıb qalmışdılar. Nə baş verdiyini başa düşməsələr də, qorxulu situasiyada olduqlarını çox yaxşı anlayırdılar. Çünki ən azından bu cür sürücü ilə ilk dəfədir qarşılaşırdılar...
Elə təkcə bu cür sürücülərin xuliqanlıqları və mədəniyyətsiz davranışları yetər ki, hər hansı bir xarici qonağın Azərbaycan haqqındakı müsbət fikirləri, təəssüratları əməllicə zədələnsin... Müvafiq qurumlar isə hələ də ictimai nəqliyyatın bu bərbadlığına bir əncam çəkə bilmirlər...




 
Müəllifin son yazıları

16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
01.11.2013 Ziyalı faciəsi…
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”
03.09.2013 Platon şiə olub???

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info