Sərbəst güləşçilərimiz “Qızıl Qran-Pri”yə Xaçmazda hazırlaşır
Tarix: 08.07.2014 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Beynəlxalq “Qızıl Qran-Pri” turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə Azərbaycan yığma komandaları təlim-məşq toplanışlarını davam etdirirlər.
Sərbəst güləş üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız iyulun 6-dan Xaçmaz Olimpiya İdman Kompleksində birgə təlim-məşq toplanışına başlayıb. Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətinə isə 15 güləşçi qatılıb. Bundan əlavə, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri, Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edirlər. Təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar
16.07.2019
Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
16.07.2019
“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info