“Rəhman Hacıyevin komandamıza faydalı olacağını düşünürəm”
Tarix: 08.07.2014 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Türkiyənin “Qaziantep BB” klubu heyətinə 2-ci azərbaycanlı futbolçunu qatıb. I dəstə klubu Vaqif Cavadovun ardından “Bakı”dan Rəhman Hacıyevi də transfer edib.
İyulun 25-də 21 yaşını tamamlayacaq Rəhmanın müqavilə imzalama mərasimi klubun bazasında baş tutub. İmzalanmada “Qaziantep BB”nin prezidenti Abdülkadir Gözəgir və klubun futbol sahəsi üzrə sorumlusu Çətin Katırcıoğlugil iştirak edib. Hacıyev Türkiyənin I dəstə klubu ilə 1 illik müqavilə imzalayıb. Bundan sonra futbolçumuz Gözəgirə ötən ilin yayında “Azerbaijan All Star” ilə Madrid “Atletiko”su arasında keçirilən matçda geydiyi “99” nömrəli formanı hədiyyə edib. Klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz isə mətbuata verdiyi açıqlamasında rəhbərliyin güclü bir heyət qurmağa çalışdığını bildirib və futbolçumuz haqqında bunları söyləyib: “Özü 21 yaşındadır və ölkəsinin milli komandasında da oynayır. Gələcək illərdə komandamıza çox faydalı olacağını düşünürəm”. Qeyd edək ki, Rəhman Hacıyev 4 il əvvəl də Türkiyənın I dəstəsində oynamağa yaxın olub. O, “Bakı” tərəfindən Cüneyt Biçərin işlədiyi “Altay”a 3 illiyə icarəyə verilmişdi. Ancaq həmin vaxt 17 yaşı olan futbolçunun valideynlərinə oturum izni alına bilmədiyi üçün müqavilə çox keçməmiş ləğv olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info