“Ətrafı rayonların qaytarılması nizamlanmanın 6 elementindən biridir”
Tarix: 09.07.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib.
Heffern bunu “News.am” saytına açıqlamasında deyib. Səfir bildirib ki, bu rayonların ilk növbədə qaytarılmasından söhbət getmir: “Bu, münaqişəni yekun həlli çərçivəsində nəzərdə tutulur. Razılaşdırılmış 6 elementə əsasən Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək. Sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılacaq. Mənim sözlərimdə yeni heç nə yoxdur”. Həmin ərazilərin geri qaytarılmasının müqabilində erməni tərəfinə təhlükəsizlik təminatı verilməsini vacibliyi barədə sualı cavablandıran diplomat bildirib ki, 6 elementə beynəlxalq sülhməramlı qüvvələr də daxildir: “Hansı təşkilatların və ya ölkələrin qüvvələrinin sülhməramlı missiyaya cəlb olunacağı tərəflər arasındakı danışıqların predmetidir. Əlbəttə, erməni tərəfinin əraziləri qaytarmasından əvvəl müəyyən təhlükəsizlik təminatlarının və beynəlxalq sülhməramlı qüvvələrin olması vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info