Xızının su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Tarix: 09.07.2014 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlərin böyük hissəsi başa çatıb.
“Azərsu” ASC-dən bildiriblər ki, istehlakçıları daimi içməli su ilə təmin etmək məqsədilə Qars və Yeddibulaq su mənbələrində sutkalıq məhsuldarlığı 470 kubmetr olan sugötürücü qurğuların və 17,3 kilometr uzunluğunda magistral su kəmərinin tikintisi yekunlaşıb. Dahardibi su mənbəyində isə tikinti işlərinə hazırlıq görülür.
Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsinə 2014-cü ilin noyabrında başlanılacaq. Bu mərhələdə Şəfa su mənbəyində sutkalıq məhsuldarlığı 240 kubmetr olan sugötürücü qurğu tikiləcək, Xızı şəhərində hər birinin həcmi 1000 kubmetr olan iki, Altıağac qəsəbəsində isə hər birinin həcmi 400 kubmetr olan dörd su anbarı inşa ediləcək. Həmçinin 42,1 kilometr paylayıcı su xətti, 30,4 kilometr kanalizasiya xətti çəkiləcək, bütün abunəçilər “smart-kart” tipli sayğaclarla təmin olunacaqlar. Bundan başqa, layihə çərçivəsində laboratoriyanın, inzibati və istehsalat binalarının tikilməsi, maşın-mexanizmlərin alınması da planlaşdırılır.
Layihənin üçüncü mərhələsində isə Xızı şəhərində və Altıağac qəsəbəsində sutkalıq məhsuldarlığı müvafiq surətdə 1500 və 350 kubmetr olan çirkab sutəmizləyici qurğular tikiləcək.
Layihə ümumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info