Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib
Tarix: 09.07.2014 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Ötən əsrin 70-ci illərindən başlanan Heydər Əliyev siyasi xətti Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarıb. Artıq muxtariyyətinin 90 yaşını qeyd edən qədim Naxçıvan iqtisadi və mədəni yüksəliş mərhələsinə qədəm qoyub Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilir, əhalinin rifahı və məişət şəraiti yaxşılaşdırılır.
Dünən Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulmuş, yeni sosial obyektlər, inzibati binalar tikilərək istifadəyə verilib. Naxçıvan şəhərində mənzil tikintisi günbəgün genişlənir, müasir yaşayış kompleksləri tikilir. Cari ilin ötən dövründə Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilib, 80 ailə mənzillə təmin olunub. Hazırda şəhərin müxtəlif küçələrində çoxmərtəbəli yeni yaşayış binalarının tikintisi, 6 binada isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Bina sakini Sadiq Qasımov yeni mənzillə təmin olunmalarını insan amilinə verilən qiymət kimi dəyərləndirmiş, sakinlər adından minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində növbəti yaşayış binasının istifadəyə verildiyini bildirib, sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini sakinlərə təqdim edib, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 1 girişi olan bina 3 mərtəbə və 12 mənzildən ibarətdir. Mənzillərdən 10-u ikiotaqlı, 2-si isə 3 otaqlıdır. Binaya kommunikasiya xətləri çəkilib, mərkəzi antena sistemləri qurulub, mənzillər fərdi istilik sistemi ilə təmin olunub. İsti, soyuq və rütubətə davamlı izolə qatına malik olan binanın həyətində də geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info