“Bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik”
Tarix: 09.07.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev: “Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib”

Prezident İlham Əliyev Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, bizim beynəlxalq təşkilatlar ilə əlaqələrimiz uğurludur: “Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm.
Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz. Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda vardır. Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyildir. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir. Ancaq, eyni zamanda, hesab edirəm ki, bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz vəziyyəti tamamilə dəyişdiribdir. Çünki keçən ilin yanvar ayında Azərbaycana qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim edən deputat demək olar ki, tamamilə biabır olmuşdur. Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini, əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir. Mənə gələn məlumatlar və suallar ondan ibarətdir ki, nə üçün biz bu qədər ədalətsizliyə cavab verməməliyik?! Biz cavab veririk.
Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik. Əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə, beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik”.
Prezident qeyd edib ki, hər bir əsassız ittihama artıqlaması ilə cavab verilir: “Bizim diplomatlarımız da çalışdıqları ölkələrdə həmişə bunu izləməlidirlər və mətbuata, hansısa bir qeyri-hökumət təşkilatının əsassız ittihamına cavab verməlidirlər. Ancaq yenə də deyirəm, bu məsələ bizi ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Biz bu hədəfə doğru gedirik. Biz hər bir istiqamət üzrə hədəfə doğru gedirik. Bizim daxili siyasət, iqtisadi siyasət, sosial siyasət, ordu quruculuğu siyasəti, xarici siyasət ilə bağlı düşünülmüş konseptual yanaşmaya söykənən siyasətimiz vardır. Bizim uğurlarımızın səbəbi bundan ibarətdir. Bir çox hallarda xarici qonaqlar məndən soruşurlar ki, Azərbaycanın uğurları nə ilə bağlıdır? Bunu mən necə izah edim? Bunu izah etmək üçün gərək 10 ilin tarixini biz yenidən nəzərdən keçirək. Yəni, bu, ardıcıl siyasətin nəticəsidir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info