“Prezident diplomatlar qarşısında gələcək perspektivləri müəyyənləşdirdi”
Tarix: 09.07.2014 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


"Cənab Prezidentimiz son müşavirədə ötən müddətdə keçilən yola yekun vurdu, mövcud vəziyyəti təhlil etdi, gələcək perspektivləri müəyyənlədşdirdi. Cənab Prezidentimiz bu nitqi ilə diplomatlar, tarixçilər qarşısında çox mühüm vəzifələr qoydu. Bu vəzifələr Azərbaycanın bütün diplomatiyasının, taktikasının yerinə yetirilməsinə yönəlmişdi".
Bunu “Trend”ə açıqlamasında millət vəkili Musa Qasımlı deyib. M.Qasımlı deyib ki, dövlət başçısının Azərbaycanın Dağlıq Qarabağ regionuna ermənilərin yerləşdirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə bağlı Azərbaycana qarşı başladığı hərbi təcavüzün nəticələri, Ermənistanı terrorçuların idarə etməsi və digər məsələlərlə bağlı həqiqətləri dünyaya çatdırmağı bir vəzifə kimi qarşıya qoyması əhəmiyyətlidir: "Cənab Prezidentimizin nitqində Azərbaycan ərazilərində 1918-cı ildə Ermənistan adlı dövlətin yaradılması və İrəvanın Azərbaycan tərəfindən ermənilərə paytaxt olaraq güzəştə gedilməsinə dair tarixi həqiqətləri sadə, anlaşıqlı dildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləməsi də əhəmiyyətli idi. Bu, onu göstərir ki, dünya ictimaiyyəti bilməlidir - ermənilər bir ərazini işğal etdikdən sonra böyük Ermənistan yaratmaq məqsədilə daim işğallarını genişləndirmişlər. Bu həqiqətlərin çatdırılması ermənilərin yığcam yaşadığı ölkələrin ictimaiyyətinə də bir mesajdır. Bu, o deməkdir ki, ermənilər harada yığcam yaşayırlarsa, həmin ölkələrin ərazi bütövlüyü təhdid altındadır". Onun sözlərinə görə, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır, bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. M.Qasımlı hesab edir ki, bu nitq diplomatlar, diplomatiya sahəsində təhsil alan tələbə və magistrlər tərəfindən ciddi şəkildə öyrənilməlidir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info