“Prezidentin çıxışı göstərdi ki, Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və aparacaq”
Tarix: 09.07.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


"Prezidentimizin diplomatlar qarşısında hesabatını Azərbaycanın dövlət quruculuğu və dünya birliyində öz layiqli yerini tutmasına dair bir proqramın təqtimatı hesab etmək olar. Cənab Prezidentin hər iki ildən bir keçirilən diplomatların müşavirəsindəki çıxışı Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir".
Bunu “Trend”ə açıqlamasında Prezidentin Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışını şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, əsas istiqamətlər içərisində Azərbaycanın bu gün ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasıdır: "Prezidentin nitqində Dağlıq Qarabağ bölgəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, Azərbaycan torpaqlarında Ermənistanın yaradılması barədə tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlər ciddi şəkildə qoyulur. Eyni zamanda, diplomatlar qarşısında Ermənistanın Azərbaycanla bağlı apardığı saxta təbliğatın ifşa edilməsi, Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması kimi çox ciddi məsələlər qoyulur". Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilməsi, Azərbaycan investisiyasının cəlb edilməsi üçün Azərbaycana bir çox təkliflərin verilməsini bunun nəticəsi hesab etmək olar: "Ümumən götürdükdə, müşavirədə cənab Prezidentin çıxışını həm indiyə qədər görülən işlərin hesabatı, həm də bundan sonra görüləcək fəaliyyətlə bağlı məsul vəzifələrin toplamı kimi qəbul etmək olar. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müstəqil siyasət yeritməsi, Azərbaycanın iqtisadi inkişafı, güclü ordu quruculuğu Dağlıq Qarabağ probleminin həllini daha da yaxınlaşdırır. Artıq, Azərbaycanın gücünü dünya birliyi, eyni zamanda, Ermənistan qəbul edir. Onun bu vəziyyətdən çıxmaq üçün atdığı xaotik addımlar buna bir daha sübutdur. Heç şübhə yoxdur ki, Azərbaycanın qüdrətinə, Azərbaycan Prezidentinin verdiyi tapşırıqların reallığına söykənən diplomatlarımız xaricdə Azərbaycanın daha layiqli tanıdılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətinə dünya birliyinin daha səmərəli cəlb edilməsində böyük fəaliyyət göstərəcəklər". A.Mirzəzadə qeyd edib ki, Prezidentin çıxışında bir daha bəyan edildi ki, Azərbaycanın hədəfi inkişaf etmiş ölkəyə çevrilməkdir: "Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir". Deputatın fikrincə, bütün bunlar göstərir ki, Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaq.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info