Minatəmizləmə əməliyyatlarına start verildi
Tarix: 09.07.2014 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycan-NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hökumətinin sifarişi əsasında Sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparır. Yarandığı ilk illərdə ANAMA-nın bu sahədə böyük təcrübəsi olmadığına görə, bu məqsədlə 2004-cü ildən bəri NATO ilə əməkdaşlıq barədə qərar qəbul edildi. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ən böyüyü isə Saloğlu layihəsi olub. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır. Ona görə də bu ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə həyata keçirilən Ceyrançöl layihəsi böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov bildirib ki, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. Azərbaycan hökuməti bu vəziyyətlə dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq layihənin ümumi dəyərinin 50%-i miqdarında maliyyə vəsaiti ayırıb. Qeyd olunub ki, layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 milyon 584 min 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.
Tədbirdə iştirak edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qeyd edib ki, bu layihələr minlərlə insanın həyatının xilas edilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan NATO üçün çox işlər görüb. NATO da bunun qarşılığında tərəfdaş ölkə olan Azərbaycana dəstək vermək istəyir. NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden isə layihəyə dəstəyinə görə donor öləkələrə təşəkkürünü bildirib. O, Ceyrançöl layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihənin reallaşması ilə böyük ərazinin təhlükələrdən azad olunacağını vurğulayıb. O, qeyd edib ki, bu məqsədlə 1,8 milyon avro vəsait ayrılacaq. Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor İlham Mehdiyev bildirib ki, layihə sərhədçilər üçün də böyük əhəmiyyət daşıyır. Ərazidə sərhəd mühafizəsi təşkil olunur. Onun sözlərinə görə, minalardan təmizlənməmiş belə ərazilərdə böyük təhlükələr törədilə bilər. Ona görə də o, DSX tərəfindən layihəyə tam dəstək veriləcəyini açıqlayıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə deyib ki, ANAMA təkcə bölgədə deyil, başqa ölkələrdə də keçirilən layihələrdə öz dəstəyini əsirgəmir. Onun sözlərinə görə, ANAMA ilə BMT arasında əməkdaşlıq çərçivəsində zədə almış insanlara dəstək verilir, onlara mikrokreditlər ayrılır. Bu, sosial amildir və çox mühümdür, insanların sağlamlığının təsirə məruz qalmaması çox vacibdir. O, gələcəkdə də ANAMA ilə əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini bildirib. Daha sonra ANAMA-nın fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

“Bakı ətrafında mina və döyüş
sursatlarının ciddi problemlər yaratdığı yerlər var”


Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı ətrafında və respublikanın rayonlarında hələ də mina və partlamamış döyüş sursatlarının ciddi problemlər yaratdığı yerlər var. Sovet ordusunun Azərbaycanı tərk edərkən özündən sonra bilərəkdən çox sayda hərbi sursat və minalar qoyub getdiyini söyləyən A. Şərifov bildirib ki, Bakı ətrafında belə çox yerlər var. Bu ərazilərdə əməliyyatlar keçirilir və təmizləmə işləri aparılır.
Baş nazirin müavini Böyük Zirə (Nargin) adasında da bu problemin mövcudluğunu təsdiqləyib. Lakin adada yaşayış olmadığından və layihə böyük vəsait tələb etdiyindən, bu məsələ hələ nəzərdən keçirilməyb. A. Şərifov Lənkəran Rayon İcra Hakimiyyətinin müraciəti əsasında orada dəniz kənarında ANAMA tərəfindən əməliyyat aparıldığını və yüzlərlə minanın tapılıb zərərsizləşdirildiyini vurğulayıb.

“Qanunsuz tikililərin inşasına qarşı ciddi tədbirlər görüləcək”

Baş nazirin müavini onu da deyib ki, Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək. Onun sözlərinə görə, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir: “Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır”. A.Şərifov qeyd edib ki, vətəndaşlar sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin altında və qaz kəmərlərinin yaxınlığında torpaq alıb, ev tikirlər: “Sonra bu problemlər meydana çıxır, təhlükəli vəziyyət yaranır. Belə hallar həm bölgələrdə, həm də Bakıda mövcuddur. Onu deyə bilərəm ki, biz bir neçə ay müddətində həm Bakıda, həm də bölgələrdə qanunsuz tikililərin inşasına qarşı daha ciddi tədbirlər görməyi düşünürük”. Baş nazirin müavini tədbirlər planının nədən ibarət olacağını açıqlamayıb. O, əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info