Davamlı inkişaf mədəniyyəti mövzusunda beynəlxalq konfrans
Tarix: 09.07.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, “BMESU” Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir
Konfransda 14 ölkədən 25-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət anlayışının artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz gücünü göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, davamlı inkişaf haqqında danışarkən bunu mədəniyyətdən kənar təsəvvür etmək mümkün deyil. Davamlı inkişaf insanın, həmçinin cəmiyyətin hərtərəfli inkişafı, bütün sahələrdə gedən yeniliklərə uyğunlaşmasıdır. Bu gün sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin artıq mədəni anlayışların çərçivəsində inkişaf etdirilməsindən danışılır.
Ərazilərinin 20 faizinin erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin qorunması gələcəyin inkişafının təminatçısı kimi qəbul olunur. Yeni şəhərlərin tikilməsi ilə yanaşı, eyni zamanda, köhnə tarixi yerlər qorunur.
Tədbirin təşkilinin Azərbaycan dövlətinin müvafiq sahəyə diqqətinə daha bir bariz nümunə olduğunu deyən nazir Əbülfəs Qarayev konfransın işinə uğurlar arzulayıb.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada UNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, aktuallığını vurğulayıblar. Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib. Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün deyil.
Bildirilib ki, konfransda insanın təbiəti və mədəniyyətin mahiyyəti, mədəni ənənələr və insan fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət və ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti və perspektivləri məsələlərinə xüsusi diqqət yetirilir. Mədəni qloballaşma və mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması və davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital və davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, maarifin, KİV-in rolu məsələləri də konfransın əsas müzakirə mövzularındandır.
Bu gün başa çatacaq konfrans öz işini plenar iclaslarla davam etdirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info