Naxçıvanın fəal və idmançı gəncləri üçün istirahət düşərgəsi
Tarix: 09.07.2014 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın fəal və idmançı gənclərinin 7 günlük istirahət düşərgəsini təşkil edib. Düşərgənin açılış mərasimində Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarov çıxış edərək gənclərin düşərgədə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şəraitin yaradıldığını bildirib. Burada gənc fəallar müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edəcək, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında keçiriləcək seminarlarda müzakirələr aparacaqlar.
Yeddi gün ərzində Ağbulaq İstirahət Mərkəzində bir arada olacaq gənclər düşərgədə “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “İdman insanın sağlamlığına və mənəvi kamilliyinə xidmət edir”, “Naxçıvanın muxtariyyəti və gənclik” mövzularında seminarlarda iştirak edəcək, Batabat Astrofizika Rəsədxanasında və Batabat yaylağında, Şahbuz rayonunun ərazisindəki tarixi yerlərdə olacaqlar. İyulun 11-də isə gənclərin asudə vaxtlarının və istirahətlərinin maraqlı təşkili məqsədilə Bakı şəhərindən dəvət edilmiş gənc müğənnilər əyləncəli konsert proqramı ilə çıxış edəcəklər.
Düşərgədə Azərbaycan bədii filmlərinin də nümayiş etdirilməsi nəzərdə tutulub. Düşərgənin açılış mərasimindən sonra iştirakçılara üzərində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyasının loqosu əks olunmuş köynək, papaq, çanta, qələm, qeydiyyat dəftəri və sinə kartı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info