“Elektron hökumət“ xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir
Tarix: 09.07.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


ADA Universitetində Qlobal Biznes və Texnologiya Assosiasiyasının universitetlə birgə təşkil etdiyi 16-cı Beynəlxalq konfrans keçirilir. 9-12 iyul tarixlərinin əhatə edəcək konfransın mövzusu “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər”dir. Tədbirdə 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir. İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan idarəetmə problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim edəcəklər. Konfransın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tailand, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var.
Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir: "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib. Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var”.
Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Nazir bildirib ki, kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info