Azərbaycan altı ölkənin ümumi iqtisadiyyatını üstələyir
Tarix: 09.07.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadiyyatı keçmiş SSRİ-nin altı ölkəsinin ümumi iqtisadiyyatını üstələyir.
Bu barədə Dünya Bankının (DB) dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə açıqladığı reytinqində deyilir. Hesabata görə, son bir ildə ölkədə istehsal olunan son məhsul və göstərilən xidmətlərə görə Azərbaycan 191 ölkə arasında 67-ci yerdə qərarlaşıb. DB-nin hesablamalarına görə, Azərbaycanda ÜDM 73,6 mlrd. dollar təşkil edir. Reytinqə əsasən, Azərbaycan iqtisadiyyatı keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir. Onu da qeyd edək ki, Ermənistan 10,4 mlrd. dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7 dəfədən artıq üstələyir. Reytinqə ABŞ başçılıq edir. Bu ölkənin iqtisadiyyatı 16,8 trln. dollar təşkil edir. İkinci yerdə isə 9,2 trln. dollarlıq göstərici ilə Çin qərarlaşıb. MDB ölkələrində isə ən yaxşı göstəricilər Rusiya və Qazaxıstandadır. Belə ki, bu ölkələrin ÜDM-i 2,1 trln. dollar və 224,4 mlrd. dollara bərabər olub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
22.02.2019
Bank Xaçmaz filialına işçi axtarır
22.02.2019
Ölkədə ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
22.02.2019
Mehriban Əliyeva Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info