“Yeddi rayonun qaytarılmasını bir mərhələ kimi qəbul edə bilərik”
Tarix: 09.07.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Ə. Əhmədov jurnalistlərə deyib ki, Azərbaycanın mövqeyi Ermənistan ordusunun bütövlükdə işğal olunmuş ərazilərdən çıxarılmasından ibarətdir. O, ölkə başçısının fikrini xatırladaraq qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti ola bilməz: “Təbii ki, məsələyə yanaşma da yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində mümkün ola bilər. Ərazi bütövlüyünün bərpası müxtəlif konseptual yanaşmalar nəticəsində mümkündür. Kimlərsə bunun mərhələli həllini təklif edir, kimlərsə paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə bəyan edib. Sırf 7 rayonun qaytarılması məsələsinə gəlincə isə, məsələyə bu cür yanaşırıq: bunu bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər
23.07.2019
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info