Azərbaycanda səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü şəkildə dəyişəcək
Tarix: 09.07.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“Azərbaycanda səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü şəkildə dəyişəcək”. Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədrinin və baş nazirin müavini Əli Əhmədov deyib. Səhiyyədə gözlənilən islahatlardan danışan Ə. Əhmədov bildirib ki, bunlar arasında ən önəmlisi icbari tibbi sığortanın tətbiq edilməsi olacaq: “Bunun tətbiqi mahiyyət etibarilə səhiyyədə, səhiyyənin maliyyələşməsində və eyni zamanda xəstə-həkim münasibətlərində yeni bir mexanizmin yaranmasını nəzərdə tutur”. Baş Prokurorluğa daxil olan korrupsiya faktları arasında səhiyyə sahəsinə aid olanların çoxluq təşkil etməsinə münasibət bildirən baş nazirin müavini təəssüflə qeyd edib ki, belə neqativ hallar var: “Amma bütün bunların hamısı tezliklə həyata keçiriləcək islahatlar, o cümlədən icbari tibbi sığortanın tətbiqi ilə aradan qaldırılacaq”. Ə. Əhmədovun sözlərinə görə, ölkə başçısının diqqəti altında səhiyyəyə böyük investisiya qoyulur, infrastruktur ən müasir formada yenilənir və artıq ölkədə 500-dən çox ən müasir tibb müəssisələri yaradılıb: “İndiki mərhələ isə islahatın yeni pilləsinə qalxmaqdan ibarətdir. Bu islahatların tərkib hissəsindən biri də son vaxtlar bizi çox narahat edən amil olan vətəndaşlarımızın müalicə üçün daha çox xarici ölkələrə üz tutmasıdır. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Bundan başqa, Azərbaycana başqa ölkələrdən gələn, peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir. Çünki bu cür həkimlərin fəaliyyəti nəticəsində bir sıra fəsadlar ortaya çıxıb. Aparacağımız islahatlar nəticəsində bunu da aradan qaldıracağıq. Bizim məqsədimiz azərbaycanlı həkimin etibarını artırmaqdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info