YAP bələdiyyə seçkilərində yenə də uğur qazanacağını bəyan etdi
Tarix: 09.07.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


"Güman edirəm ki, Yeni Azərbaycan Partiyası dekabr ayında növbəti bələdiyyə seçkilərində yenə də uğur qazanacaq, özünün uğurlar salnaməsinə yeni uğurlar yaza biləcək". Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Ə.Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa artıq start verib: "Bu məqsədlə partiya daxilində işlər aparılır. YAP-ın istər mərkəzi strukturları, istərsə də yerli strukturları qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlara başlayıblar".
Onun sözlərinə görə, bu hazırlığın bir çox istiqamətlərindən biri də namizədlərin müəyyənləşdirilməsidir: "YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan nəçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info