“Azərbaycana səfər Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulamaq üçün imkandır”
Tarix: 09.07.2014 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Azərbaycana səfər Cənub Qaz Dəhlizinin əhəmiyyətini və Böyük Britaniyanın enerji təchizatının təhlükəsizliyinin təmin edilməsində oynayacağı mühüm rolu vurğulamaq üçün bir imkandır. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsin yerləşdirilən məlumata görə, bu sözləri Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) Azərbaycana səfərinə dair şərhində bildirib.
M.Fellon deyib: "Avropaya enerji diversifikasiyasının möhkəmlənməsi Ukraynadakı son hadisələr kontekstində xüsusilə vacibdir. Britaniya nazirlərinin regiona son səfərləri bu vacib infrastruktur layihəsinin irəlilədilməsinə bizim verdiyimiz dəyərin göstəricisidir".
Qeyd edək ki, Maykl Fellon bu gün Azərbaycana səfərə gəlir.
Səfər zamanı nazirin Azərbaycan rəhbərliyi və ölkə rəsmiləri ilə görüşləri gözlənilir.
M.Fellonun səfəri çərçivəsində Cənub Qaz Dəhlizi layihəsi üzrə müzakirələr aparılacaq.
Britaniyalı nazirin səfəri iyulun 11-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycan İsrailə biyan ixrac edəcək
24.06.2019
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
24.06.2019
Neftin qiyməti bahalaşır
24.06.2019
Azərbaycan istehsallı tekstil məhsullarının Polşaya ixracı planlaşdırılır
23.06.2019
Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info