Talış-Sabirabad-Saatlı su kəmərinin inşası ilin sonuna qədər başa çatdırılacaq
Tarix: 09.07.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


"Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələrin icrasını davam etdirir. İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla həyata keçirilir. Magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində reallaşdırılır. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhəri və Abşeron yarımadasının su təminatını kifayət qədər yaxşılaşdırıb. Paytaxtın su təchizatında yaranmış stabillik Kür sutəmizləyici qurğular kompleksindən Abşeron yarımadasına nəql edilən suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaradıb. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilib, bu mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Kür sutəmizləyici qurğular kompleksinin emal potensialı nəzərə alınaraq bu mənbədən Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli suyun verilməsi məqsədəuyğun hesab edilib. Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 km layihələndirilib. Kəmərin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500 mm, 630 mm, 710 mm, 800 mm diametrli polietilen borularla çəkilir. İndiyə qədər kəmərin 45 km-lik hissəsində işlər başa çatdırılıb. İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyətinin yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir. Eyni zamanda kəmərin marşrutu boyunca yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir. Talış-Sabirabad-Saatlı su kəmərinin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcək. Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info