“Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir”
Tarix: 09.07.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir və ADA Universiteti də bu inkişafın bir hissəsidir. Azərbaycanda müasir təhsil sistemi yaradılıb. Bu barədə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev çərşənbə günü Bakıda keçirilən Qlobal Biznes və Texnologiyalar Assosiasiyasının (GBATA) 16-cı beynəlxalq konfransında deyib.
O, konfrans iştirakçılarını salamlayıb və qeyd dib ki, Azərbaycan çox şeyə, o cümlədən stabil dövlət, hökumət qurmağa, yaxşı iqtisadiyyat yaratmağa nail olub.
Paşayev bildirib: "Əgər bugünkü konfransın iştirakçılarından biri Azərbaycana bir daha qayıdarsa, hətta dərs deməyə gələrsə, gələcəklə bağlı baxışlarımıza düzəliş edə biləcək, nəyisə öyrədəcəksə biz çox şad olacağıq. Biz də çox şey öyrədə bilərik. Mən sizi bütün vaxtı auditoriyalarda qalmamağa, Bakını gəzməyə, bu gözəl şəhərə baxmağa çağırıram".
Onun sözlərinə görə, dünən dövlət başçısı bu ali məktəbin tarixində yeni səhifə açan "ADA Universitetinin Nizamnaməsi"nin təsdiqlənməsi haqqında fərman imzalayıb.
Həmçinin, dünən Azərbaycan Prezidenti imzaladığı sərəncamla Hafiz Mir Cəlal oğlu Paşayevi ADA Universitetinin rektoru təyin edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info