Zaqatalada “İnnovativ müəllimlər qrupu” yaradılıb
Tarix: 09.07.2014 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin 11 oktyabr 2013-cü il tarixli, 842 №-li əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Əməkdar müəllim Bahar İsmayil qızı İsmayılova “Zaqatala rayonunda “İnnovativ müəllimlər” qrupunun yaradilmasi və onların koməyi ilə müəllimlərin yeni təlim metodlarının tətbiqi faizinin yüksəldilməsi” layihəsi ilə iştirak etmiş və qalib olub. Bu barədə qəzetimizə Zaqatala şəhər internat məktəbinin tədris işləri üzrə direktor müavini, Zaqatala İnnovativ Müəllimlər qrupunun üzvü Sevda Abdulxalıqova məlumat verib: “Rayonun müxtəlif məktəblərindən olan 30 nəfər müxtəlif fənn müəllimləri və 10 nəfər tədris işləri üzrə direktor müavinlərinin iştirak etdiyi iki qrupda təlimlər keçirilib. Təlimlərə fevralın 2-si start verildi. Bu təlimlər iyunun 7-nə qədər həftədə 2 dəfə olmaqla 4 ay davam edib. Təlimlərdə yeni fənn kurrikulumunun müasir dövrün tələblərinə uyğun olaraq interaktiv təlim üsullarından istifadə etməklə fəal dərslərin qurulması, nümayişi, müxtəlif proqramların köməyi ilə elektron tədris vəsaitlərinin hazırlanması bacarıqlarına yiyələnmişik. Təlim prosesində müxtəlif fənn müəllimlərindən ibarət “Zaqatala innovativ müəllimlər” qrupu təşkil olunub.
Layihə müddətinin bitməsinə baxmayaraq, innovativ müəllimlər işlədikləri məktəblərdə digər fənn müəllimlərinə yeni təlim metodlarının tətbiqi, elektron tədris vəsaitlərinin hazırlanması üzrə bacarıqların formalaşması üçün kömək edəcəklər. Biz vaxtaşırı Zaqatala Tədris Mərkəzində toplaşacaq və təqdim olunmuş forma əsasında gördüyümüz iş haqqında hesabat verəcəyik.
Təlimçilərimizə - layihənin rəhbəri Bahar xanima və Zaqatala Tədris Mərkəzinin direktoru, İKT üzrə mütəxəssis (CİSCO – İD#CISCO 10818443) Ağayev Cavanşir Mahmud oğluna təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk. Həm qrup üzvlərimiz, həm də müəllimlər adindan belə layihələr davamlı olmasını, təhsilimizin çiçəklənməsində innovativ müəllimlərin rolunun artırılmasını arzu edirəm”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info