“Prezidentin müsəlman ölkələrinə investisiyalar yatırılması çağırışı vacib və təqdirəlayiqdir”
Tarix: 09.07.2014 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm tədbirlərdən biri oldu. Prezident İlham Əliyevin də müşavirədə iştirak edərək, burada çıxış etməsi və bir sıra maraqlı, vacib məqamlara toxunması iki ildən bir keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin bu müşavirəsinə diqqəti birə-beş artırdı. Dövlət başçısı müşavirədə nitq söyləyərək , xarici siyasətimizin müxtəlif aspektlərinin müzakirə edildiyi və yeni istiqamətlərin müəyyənləşdirildiyi bu tədbirin əhəmiyyətindən danışdı. O, həmçinin Azərbaycanın bu gün xarici siyasətinin prinsipiallığı ilə seçildiyini vurğulayıb, bir sıra vacib məqamlara toxundu. Ölkə başçısının çıxışında diqqətçəkən bir neçə maraqlı məqamlar oldu ki, bunlardan biri də Azərbaycanın müsəlman ölkələri ilə bundan sonra daha sıx quracağı əlaqələrlə bağlı idi. Prezident hər zaman İslam aləminin bir parçası olan Azərbaycanın müsəlman ölkələri ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini deyərək, yeni təkliflə çıxış etdi. O, müsəlman ölkələrinə investisiyalar qoymağı vacib saydı:
“Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Hesab edirəm ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla, biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik”.
Bu məsələnin Azərbaycanın siyasi və iqtisadi həyatında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin bu çağırışa rəyini öyrəndik. Millət vəkili Prezidentin toxunduğu məqamı təqdirəlayiq hesab edərək, bunun reallaşacağı və genişlənəcəyi təqdirdə Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artacağını söylədi:
“Bu gün ölkəmiz artıq xüsusi bir prinsiplər əsasında digər ölkələrlə öz əməkdaşlığını formalaşdırıb. Azərbaycan bərabərhüquqlu və qarşılıqlı faydalar əsasında bütün ölkələrlə əməkdaşlıq edir və hansı ölkələr Azərbaycana münasibətdə daha səmimidirsə, həmin dövlətlərlə bu əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıqları isə bir neçə istiqamətlərə bölmək olar. Burada keçmiş Sovetlər Birliyinə daxil olmuş ölkələrlə olan ənənəvi əməkdaşlığı ilk olaraq qeyd etmək olar. İndi bu əməkdaşlıq yetərli olmadığı üçün, artıq Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlıq daha geniş olub. Əgər xarici ticarətə nəzər salsaq görərik ki, Azərbaycan əvvəllər ticari əlaqələrin çox hissəsini MDB ölkələri ilə, keçmiş SSRİ ölkələri ilə qururdusa, indi Avropa ölkələri burada üstünlük təşkil edir. Bu məsələ müəyyən mənada Prezidentin çıxışında da öz əksini tapdı. İqtisadi, ticari əlaqələr genişlənməlidir. Biz görürük ki, müsəlman ölkələri və bu ölkələri birləşdirən strukturlar Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində, bizim beynəlxalq aləmdə əsas maraqlarımızın, haqq səsimizin irəli çəkilməsi yönündə çox zəruri sənədlər qəbul edirlər. Eyni zamanda, müxtəlif tədbirlərdə, siyasi arenalarda, beynəlxalq əhəmiyyətli toplantılarda bizim problemlərimizin həlli istiqamətində atılan addımlarda mühüm rol oynayırlar. Ona görə də, bunun müqabilində Prezident haqlı olaraq uzaqgörən bir siyasi gediş etməyə qərar verib”.
Millət vəkili hesab edir ki, əgər müsəlman ölkələrinə geniş miqyasda investisiyalar yatırılmağa başlansa, Azərbaycana beynəlxalq arenada gələcək dəstək birə-beş artacaq. Çünki müsəlman ölkələri siyasi dəstəklərinin diqqətsiz, cavabsız qalmadığının da şahidi olacaqlar: “Müsəlman ölkələri ilə siyasi əlaqələr getdikcə daha sürətlə inkişaf edir ki, bunun da iqtisadi əlaqələrlə tamamlanması daha yaxşı olar. O baxımdan da hesab edirəm ki, Prezidentin bu çağırışı yerinə düşür və vacibdir. Əlaqələrin genişləndirilməsi, Qarabağ kimi böyük problemimizdə, ərazi bütövlüyümüzün təmin olunmasında dəstəyin daha da güclənməsi üçün müsəlman dünyası faktorundan istifadə etməliyik. Bu dəstəyin əldə olunmasının ən yaxşı üsullarından biri siyasi və iqtisadi əlaqələrin vəhdətinə nail olmaqdır.”
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info