Gömrükçülər narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxsləri saxlayıb
Tarix: 09.07.2014 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azərbaycan gömrükçüləri tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Norouzı Rad Mahdı Rahım oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı onun şalvarının kəmərlə kəmərbəndinin arasında gömrük nəzarətindən gizlədilmiş, sellofan paketdə qablaşdırılmış 14 ədəd fenobarbital adlı həb aşkar edilib. İran vətəndaşının ayaqqabısının hər bir tayından, ayaqqabının tərliklərinin altından, hər tayda 3 büküm olmaqla, cəmi 6 bükümdə - 5 ədəd bükümdə ümumi xalis çəkisi 56,264 qram heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 5,110 qram olan metamfetamin aşkarlanıb.
Qeyd edək ki, fenobarbital adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət olunan psixotrop maddələr”in III Siyahısına, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Saqiyev Əflan Əliövsət oğlunun üzərindən isə şəxsi yoxlama zamanı onun alt geyiminin altından, yapışqanlı lentlə bədəninə yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan bükümdə xalis çəkisi 6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Hazırda hər iki fakt üzrə təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info