Binəqədidə Elektron İnformasiya Köşklərinin təqdimatı olub
Tarix: 09.07.2014 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Elektron İnformasiya Köşklərinin təqdimatı keçirildi. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı sahəsində görülən işlərdən danışdı. İKT sahəsində görülən işlər və qazanılan nailiyyət nəticəsində Azərbaycanın BMT-nin İKT ilə bağlı son hesabatında 28 pillə irəlilədiyini deyən icra hakimiyyəti başçısının birinci müavini bu sahədə daha ciddi nailiyyətlərə imza atmaq istiqamətində dövlətin məqsədyönlü işlər gördüyünü diqqətə çatdırdı. Bildirdi ki, ASAN Xidmətin yaradılması, İKT ilə bağlı yeni-yeni proqramların qəbul edilib icra olunması, Azərbaycanın ilk süni peykinin buraxılması, eləcə də digər atılan addımlar deyilənləri təsdiqləyir. İlqar Süleymanov Binəqədi rayonu ərazisində də İKT-dən daha səmərəli istifadə, onun tətbiqi, elektron xidmətlərin göstərilməsi prosesinin sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, 2013-cü ilin əvvəllərindən etibarən Binəqədi Rayon İcra Hakimiyyətində 1646-sakinlərin müraciət xidməti yaradılıb və ötən müddət ərzində rayon sakinləri tərəfindən bu xidmətə on minlərlə müraciət daxil olub. İlqar Süleymanov bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini dedi.
İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Elektron İnformasiya Köşkü barədə ətraflı məlumat verdi. Bildirdi ki, ilkin mərhələdə rayonun 3 ərazisində quraşdırılmış Elektron İnformasiya Köşkü vasitəsilə sakinlər Rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın şöbə müdirlərinin qəbul günlərinin qrafiki, icra hakimiyyəti başçısının ərazilərdə keçirdiyi səyyar görüşlər, ərziə formalarının nümunələri və sənədlərin siyahısı barədə məlumat ala bilərlər. Hələlik yalnız Azərbaycan dilində olan köşklərdə tələbat olacağı təqdirdə digər dillərdən də istifadə mümkünlüyü yaradılacaq. Elnur İmanov dedi ki, Elektron İnformasiya Köşkündə həmçinin Binəqədi rayonunun elektron xəritəsi, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, gələcək layihələr haqqında məlumat, Binəqədidə yerləşən idarə müəssisələr, onların ünvanları, rayondakı dövlət qurumları, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət müəssisələri barədə məlumatlar əksini tapıb. Şöbə müdiri yaxın vaxtlarda bu cür köşklərin daha 4 yerdə quraşdırılacağını dedi: “Bununla Elektron İnformasiya Köşklərinin sayı 7-yə çatacaq. Sonrakı mərhələdə isə bu kimi köşklərin rayonun kənd və qəsəbələrində də quraşdırılması qarşıda duran planlar sırasındadır”. Elnur İmanov bu praktikanın bir növ şəffaflığın artırılmasına xidmət etdiyini dedi və qeyd etdi ki, bununla vətəndaş heç bir məmurla təmasda olmadan İcra Hakimiyyətinə müraciət edə bilər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də çıxışında ölkədə İKT-nin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı. Ölkədə 440-dan artıq elektron xidmətin olduğunu deyən nazirlik rəsmisi dedi ki, Elektron Hökumət üzrə yeni Dövlət Proqramının qəbulu gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov Binəqədi Rayon İcra Hakimiyyətinin bu layihəsini yüksək qiymətləndirdi və gələcəkdə təmsil etdiyi qurumla İcra Hakimiyyətinin birgə layihələrinin mümkünlüyündən danışdı. Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində həyata keçirilən “Təmiz Binəqədi” layihəsi haqda məlumat verdi: “Burada məqsəd inzibati üsullarla nəsə iş görmək, təmizlik yaratmaq deyil. Məqsəd insanları könüllü şəkildə rayon ərazisinin təmizliyinə cəlb etməkdir”.
İlqar Süleymanov I Avropa Oyunları ərəfəsində həyata keçirilən layihənin gələcəkdə də davam edəcəyini dedi.
Sonda KİV nümayəndələri İcra Hakimiyyətində yaradılan şərait, iş rejimi barədə ətraflı məlumatlandırıldılar. Qeyd edək ki, İcra Hakimiyyətində xüsusi nizam-intizam, eləcə də işçilərin ümumi formasının olması daha çox diqqəti cəlb edirdi.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info