“Son illərdə bizim haqq işimizi, düzgün mövqeyimizi dəstəkləyənlərin sayı artmaqdadır”
Tarix: 09.07.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Hazırda Azərbaycan prezidentinin Macarıstana səfəri və digər yüksək səviyyəli səfərlər ikitərəfli olaraq gündəmdədir. Bu barədə yaxın vaxtlarda məlumat veriləcək”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
V. Quliyev bildirib ki, Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz Macarıstan parlamenti qarşısında erməni vəhşilikləri və Xocalı faciəsinin tanınması ilə bağlı iki dəfə məsələ qaldırmışıq. Təəssüf ki, bu məsələ komissiya iclasından o tərəfə getməyib. Bildiyiniz kimi, Macarıstanda erməni lobbisi güclüdür və onlar rəsmi 13 milli azlıqdan biri sayılır. Onlar bizə davamlı olaraq mane olmağa çalışsalar da, son illərdə bizim haqq işimizi, düzgün mövqeyimizi dəstəkləyənlərin sayı artmaqdadır. Macarıstan ictimaiyyəti ilə əlaqələrin inkişafı bizim üçün önəm daşıyır. Oradakı diasporumuzun da, səfirliyimizin də fəaliyyəti bu istiqamətə
yönəlib”.
Səfirin sözlərinə görə, hazırda elmi-mədəni sahədə münasibətlər daha çox inkişaf edib: “Macarıstanın ali tədris ocaqlarında mədəniyyətimizin, dilimizin və ədəbiyyatımızın təbliği istiqamətində işlər davam etdirilir. Artıq 24 macar vətəndaşı səfirliyin dəstəyi ilə Azərbaycan dilini öyrənib. Bundan başqa, Macarıstan hökuməti ilə əldə etdiyimiz razılaşmaya görə, bu ölkənin hökuməti Azərbaycandan olan 200 tələbənin müxtəlif ixtisaslar üzrə və təqaüdlə təhsil almasına vəsait ayıracaq. Bu ildən etibarən Macarıstanda təhsil alan gənclərimizin sayını daha da artıra biləcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info