BMT Azərbaycanın gömrük sisteminin təcrübəsindən faydalanacaq
Tarix: 09.07.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nümayəndə heyətinin missiyası BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisi ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı mərhələsinin qiymətləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair aidiyyatı dövlət qurumları ilə fikir mübadiləsinin aparılmasıdır.
Komitə sədrinin müavini Əsgər Abdullayev UNODC icraçı direktorunun kabinet rəhbəri Roberto Arbitrionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ə. Abdullayev DGK və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından bəhs edib. O, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, habelə qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı mübarizə fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarının peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qabaqcıl təcrübə ilə tanışlıq məqsədi ilə qarşılıqlı səfərlərin, müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkilinin vacib olduğunu vurğulayıb. Bundan əlavə, Ə. Abdullayev bu sahədə Azərbaycan gömrük orqanları əməkdaşlarının iştirak etdiyi layihə və proqramlardan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Görüşdə o da bildirilib ki, təlimlərin keçirilməsi prosesində DGK həm məkan, həm də bəzi sahələr üzrə mütəxəssis baxımından ümumi işə öz töhfəsini verə bilər.

R. Arbitrio qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edib, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyi və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə gəldiyini vurğulayıb. O təmsil etdiyi qurumla yanaşı, region ölkələrinin də Azərbaycan gömrüyünün bəzi sahələrdə əldə etdiyi yüksək təcrübədən faydalanmasının vacib olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info