Nəsimi Ağayev: “Artıq ABŞ-da erməni yalanları yerimir”
Tarix: 09.07.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“Bu gün ABŞ-ın Kaliforniya ştatında güclü və böyük erməni diasporu fəaliyyət göstərir. Onlara qarşı Azərbaycan artıq müşahidə, müdafiə mövqeyində yox, hücum mövqeyində olmağa çalışır. Burada əsas məqsəd erməni lobbisinin Azərbaycana zərbə vurmaq, ziyan yetirmək kimi səylərinə qarşı çıxmaq, ölkə həqiqətlərini ABŞ ictimaiyyətinə dolğun şəkildə çatdırmaqdır”.
Bu sözləri Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illər bu sahədə bir sıra nailiyyətlər əldə olunub. Artıq ABŞ-ın 15 ştatında Xocalı soyqırımının tanındığını xatırladan N. Ağayev əlavə edib ki, bunlar yalnız son 2-3 il ərzində qəbul edilən qətnamələrdir: “Bu da onun göstəricisidir ki, artıq ABŞ-da erməni yalanları yerimir. Vaxtilə bu yalanlar ayaq tutub yeriyirdi, amma artıq həmin yalanlar dayanıb. Azərbaycan həqiqətləri yerli və federal siyasətçilər tərəfindən daha yaxşı dərk olunur. Siyasi sahədə bu münasibətlərin qurulması, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində işi aparılır. Azərbaycanın ABŞ-da təbliğatının ən effektiv və təsirli üsullarından biri ölkənin zəngin mədəniyyətinin ABŞ ictimaiyyətinə çatdırılmasıdır. Bu vasitə ilə Azərbaycan xalqının nə qədər zəngin olmasını göstərmiş olarıq. Digər vasitə isə KİV-lə işdir. Burada əsas işlər münaqişəyə dair Azərbaycanın haqq səsini çatdıran, ölkənin tolerantlıq ənənələrini göstərən, iqtisadi inkişafını göstərən məqalələrin işıq üzü görməsidir”.
N. Ağayev qeyd edib ki, ABŞ-da yaşayan azərbaycanlıların sayı ilə bağlı tam konkret statistika yoxdur. Amma müxtəlif mənbələrə əsasən 300-400 min arasında azərbaycanlının ABŞ-da yaşadığını söyləyən baş konsulun sözlərinə görə, onların yarısı Kaliforniya ştatında məskunlaşıb: “ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Kaliforniya ilə Azərbaycan arasında isə müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir. Tələbələr, kənd təsərrüfatı sahəsində müəyyən mübadilələr həyata keçirilir. Amma biz artıq yeni sahələrin axtarışı ilə məşğuluq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Ramiz Mehdiyev vəzifəsindən azad edildi
23.10.2019
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23.10.2019
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23.10.2019
“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu
23.10.2019
Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info