“Slate.fr”: “Putin olmadan dünyadakı problemlərin həlli mümkün deyil”
Tarix: 09.07.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Fransanın “Slate.fr” media qurumu Putinin dünya siyasətinə təsiri barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Amerikan “şantaj”ına getməyən müstəqil, bir sözlə, Şarl de Qoll Fransası gözlənilmədən Vladimir Putinin simasında müdafiəçi qazanıb. Moskvada səfirlərlə görüşündə Rusiya rəhbəri ABŞ-ın Fransa hakimiyyətnə təzyiqini kəskin tənqid edib. Belə ki, ABŞ Rusiya ilə Fransa arasında iki “Mistral” tipli hərbi gəminin Rusiyaya çatdırılması barəsində müqavilənin pozulmasına çalışır.
Qeyd edək ki, 400 rus dənizçisi az öncə Sen-Nazerdə olub. Onlar bu gəmilərin idarə edilməsi ilə tanış olmaq üçün gəliblər. Bu gəmilər donanmanın modernləşdirilməsinə öz töhfəsini verəcək. Fransua Olland 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı onun sələfləri ilə Rusiya arasında imzalanmış razılaşmanın şərtlərini icra edir. Digər tərəfdən, Fransa Rusiyanın öz qonşusuna qarşı aqrerssiv davranışlarına etiraz edir. Bir yandan da, Rusiya ordusunun güclənməsində aktiv iştirak edir. Nikola Sarkozi öz dövründə bu paradoksdan etinazıslıqla yayınmışdı. O bəyan etmişdi ki, Rusiya Fransada sifariş etdiyi gəmilərin yaxın xarici ölkələrdə istifadə edilməməsində cavabdehdir.
Az sonra onun bu sözünü Rusiya donanmasının başçısı heçə endirdi: “Mistral”ın iştirakı ilə Rusiyanın Gürcüstana hücumuna bir həftə yox, az qala bir gün qalmışdı…
İndi də fransızların davranışları paradoksal ola bilər. Onlar bir tərəfdən Krımın işğalına və Ukraynanın şərqində separatizmin alovlanmasına görə Rusiyaya qarşı iqtisadi sanksiyalardan danışırlar, digər tərəfdən də həmin ölkəyə hərbi texnika göndərirlər.
Fransanın “Mistral”ların göndərilməsindən boyun qaçıra bilməməsində iqtisadi və sosial səbəblər az rol oynamayıb. Bununla bağlı müqavilə ölkəyə 1,2 milyard avro verir və bir neçə il ərzində minlərlə insanı işlə təmin edir.
Həmçinin bununla iş bitmir. Əgər Fransa Avropada diplomatik rol oynamaq istəyirsə, Rusiya ilə münasibətləri kəsməyə çalışmamalıdır. Vladimir Putin ən xoş tərəfdaş olmasa da, ən vacib tərəfdardır. Onun fəaliyyəti olmadan, konfliktlər silsiləsinin həlli mümkün deyil. Bu nə qədər kədərli olsa da, faktdır.
Putinin son illərdəki xarici siyasət uğurlarının arxasında da bu dayanır. Onunla birlikdə Rusiya - həm tərəfdaş, həm də rəqibdir. Putinsiz Ukraynada heç nəyi həll etmək mümkün deyil. O, nə qədər lazımdırsa, Ukraynadakı separatçılarla heç bir əlaqəsi olmadığını, onlara təsir göstərmədiyini deyə bilər, amma atəşkəs əldə olunması və uzunmüddətli həllin axtarışları Moskvanın iştirakı olmadan mümkün deyil. Amma söhbət təkcə Ukraynadan getmir. İranla nüvə proqramları məsələsi ilə bağlı danışıqlar da Rusiya və Çin olmadan mümkün deyil”.
Daha sonra qeyd edilir ki, “İraq və Şam İslam Dövləti”nin yaradılması ilə bağlı xəbərlər Rusiyada olduğu kimi, Qərbdə də həyəcan yaradır. Putin Bağdad hökumətinə bu məsələ yardım, o cümlədən təyyarələr təklif edib: “Burada o, özünü amerikanlara qarşı qoyur və regionda mümkün danışıqlar üçün mövqeyini möhkəmlədir”.
İraqdakı yeni münaqişə əslində Suriya müharibəsi ilə sıx bağlıdır: “Putin bu qan-qadanın davam etməsinə görə az məsuliyyət daşımır. O, artıq üç ildir Bəşər Əsədi müdafiə edir”.
Daha sonra qeyd edilir ki, bütün bunlar Putinsiz dünyadakı problemlərin həll edilə bilməyəcəyinə bir sübutdur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info