Bundestimin rekordları
Tarix: 09.07.2014 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Futbol üzrə Dünya Çempionatının ilk yarımfinal oyununda Braziliyanı darmadağın (7:1) edən Almaniya yığması mundiallar tarixində bir çox rekordları yenilədi. Həmin rekordlardan ən diqqətçəkəni braziliyalıların tarixi ərzində ən böyük hesabla məğlubiyyət alması oldu. Bundan başqa, daha bir neçə rekord da müəyyənləşdi:
* 1:7 hesablı məğlubiyyət Braziliyanın mundiallar tarixində ən böyük yenilgisi oldu. Buna qədər isə onlar yalnız 1920-ci ildə Uruqvaya uduzub - 0:6.
* Braziliya almanlara məğlub olmaqla, öz meydanındakı 12 illik məğlubedilməzlik seriyasına son qoydu. “Sambaçılar” 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən Dünya Çempionatında Paraqvayla görüşdən bu yana 42 matçdır yenilginin nə olduğunu bilmirdilər.
* 5 qat dünya çempionlarının daha bir uğurlu seriyası qırılıb. Onların 19 matç ard-arda məğlubiyyətsizlik seriyası başa çatıb. Braziliya son dəfə 2013-cü ildə İsveçrəyə yoldaşlıq görüşündə uduzmuşdu.
* Almaniya ilə oyunda ilk hissədə 5 qol buraxan Braziliya yığması Haiti ilə eyni aqibəti yaşayıb. Belə ki, mundiallar tarixində sonuncu dəfə birinci yarıda 5 qolu Haiti millisi buraxmışdı. Onlar 1974-cü ildə Polşa ilə oynadığı qarşılaşmada bu aqibəti yaşayıb. Maraqlıdır ki, həmin oyunda da avropalılar amerikalıların qapısına 7 qol vurmuşdu.
* Miroslav Klose mundiallar tarixində ən çox qol vuran futbolçu (16 qol) olmaqla yanaşı, həm də 4 dəfə ardıcıl DÇ-də iştirak edən oyunçu oldu. O, Braziliyaya qarşı oyunda 23-cü dəfə milli forması ilə Dünya Çempionatında meydana çıxdı.
* Braziliya üzərində 7:1 hesablı qələbə qazanan Almaniya millisi dünya çempionatlarında ən çox finala çıxan komanda oldu. İndiyə qədər bu rekorda elə bu iki milli komanda sahib idi. Həm “sambaçılar”, həm də Bundestim 7 dəfə final oynamışdı. Artıq 8-ci dəfə finala çıxan komanda oldu. Bununla, almanlar bu rekordun tək sahibi oldular.
* DÇ-2014-ün yarımfinalında Almaniyaya 7:1 hesabı ilə uduzan Braziliya tarixində ilk dəfə bir oyunda 7 qol buraxıb.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu
25.03.2019
Almaniya millisi səfərdə Hollandiyanı məğlub edib
25.03.2019
“Avro-2020”: Macarıstan və Uels qələbə qazanıb
25.03.2019
Rusiya Avro-2020 seçmə mərhələsində Qazaxıstana qalib gəlib
24.03.2019
Qaret Beyl öz ölkəsində ən yaxşı seçildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info