Diplomatlarımız 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar
Tarix: 10.07.2014 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Diplomatik xidmət orqanlarının rəhbərləri iyulun 9-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar. Agentliyin sədri İnam Kərimov Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində müvafiq hüquqi bazanın formalaşdırılması, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin edilməsi ilə bağlı məlumatları diplomatların diqqətinə çatdırıb.
Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.
Qeyd edilib ki, “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Bildirilib ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir.
Diplomatlara 3 saylı “ASAN xidmət” mərkəzində tətbiq edilən yenilik - elektron müraciət köşkü barədə məlumat verilib. Bildirilib ki, vətəndaşlar mərkəzdən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı vasitəsilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar. Burada yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmətin “asan. gov.az” internet saytı vasitəsi ilə vətəndaşlar üçün online növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri müxtəlif orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. “Elektron məlumat mərkəzi”nə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etmələrini asanlaşdırır. Məlumat verilib ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.
Tanışlıq zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən o, “ASAN” dan yeni sürücülük vəsiqəsi, Rumıniyadakı səfir Fərid Abdinbəyov ümumvətəndaş pasportu, Polşadakı səfir Həsən Həsənov isə şəxsiyyət vəsiqəsi almaq üçün xidmətə müraciət ediblər.
Mərkəzdə yaradılmış şərait Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərində böyük maraq doğurub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info