“Elektron hökumət“ xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir
Tarix: 10.07.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


ADA Universitetində Qlobal Biznes və Texnologiya Assosiasiyasının universitetlə birgə təşkil etdiyi 16-cı Beynəlxalq konfrans keçirilir. 9-12 iyul tarixlərinin əhatə edəcək konfransın mövzusu “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər”dir. Tədbirdə 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir. İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan idarəetmə problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim edəcəklər.
Konfransın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tailand, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var. “ADA” Universitetinin rektoru Hafiz Paşayev konfrans iştirakçılarına ali məktəb barədə ətraflı məlumat verib. Azərbaycanın son illər qazandığı nailiyyətləri diqqətə çatdıran rektor H.Paşayev bu uğurların əldə olunmasında müasir idarəetmə sisteminin rolundan bəhs edib. Çağdaş dövrdə qloballaşmanın meydana gətirdiyi yeni çağırışlardan danışan rektor deyib ki, qloballaşan dünyada idarəetmədə müasir yanaşmalar mövcuddur. H.Paşayev bu baxımdan biznes və texnologiya sahələrində əldə olunan uğurların və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.

Neft Fondu iri iqtisadi
və sosial layihələri maliyyələşdirir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə qurumun ölkə iqtisadiyyatında oynadığı roldan danışıb. Fondda yüksək səviyyədə idarəetmə mexanizminin qurulduğunu vurğulayan Ş.Mövsümov, ARDNF-in bir sıra beynəlxalq qurumlara üzv olduğunu, respublika iqtisadiyyatı üçün önəmli olan iri iqtisadi və sosial layihələri maliyyələşdirdiyini qeyd edib. Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir: "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib. Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var”. Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Nazir bildirib ki, kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq.

ARDNF “Milli genişzolaqlı internetin inkişafı” layihəsini maliyyələşdirəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Neft Fondu (ARDNF) ilə bərabər ölkənin ucqar kəndlərində fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını təmin edəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsini müzakirə edib. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq ARDNF bu layihənin maliyyələşdirilməsi üçün maliyyə resursları ayırıb və yaxın vaxtlarda bu layihənin icrasına başlanılacaq. Qeyd edək ki, “Milli genişzolaqlı internetin inkişafı” layihəsi ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır.

Bu il “Azerspace-1”in 15 mln. dollar həcmində xidmət ixrac edəcəyi
gözlənilir”


Ə.Abbasov onu da bildirib ki, ötən il Azərbaycanın ilk telekommunikasiya peyki (“Azerspace-1”) 9-10 mln. ABŞ dolları həcmində xidmət ixrac etdiyi halda, bu il bu rəqəmin 15 mln. dollar səviyyəsində olacağı gözlənilir”. Onun sözlərinə görə, regionda olan bir çox peyklərin içərisində “Azerispace-1” öz keyfiyyəti, əhatə dairəsi və xidmətinə görə fərqlənir: “Bu gün 100-dən çox telekanal və xüsusi rabitə sistemləri “Azerispace-1”ə qoşulub”.

Bakıda TASİM layihəsi üzrə V Beynəlxalq
seminar keçiriləcək


Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə 5-ci Beynəlxalq seminar keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, iyulun 11-də təşkil olunacaq seminarda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.
Tədbirdə layihənin üzv-operatorları - RYTN, “ChinaTelecom”, ”Kaztranscom”, “Rostelecom” və “Türk Telekom” şirkətlərinin məsul əməkdaşları iştirak edəcəklər. İclasda TASİM layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif - üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərinin çəkilisi və sair məsələlər müzakirə olunacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info