“Növbəti Xəzər sammiti Həştərxanda keçiriləcək”
Tarix: 10.07.2014 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Azərbaycan diplomatik korpusunun beşinci müşavirəsində cənab prezident proqram xarakteri çıxış etdi, Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldı, əsas prioritet istiqamətlər, qarşıda duran vəzifələr, hədəflər müəyyən olundu”. Bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov verib.
Onun sözlərinə görə, bu çıxışla müşavirədə Azərbaycan diplomatlarına yol xəritəsi təqdim olunub: “Biz gələcək 2 illik fəaliyyətimizdə bu yol xəritəsini əsas götürərək diplomatik fəaliyyətimizi quracaq, beynəlxalq arenada qarşıda duran hədəflərə nail olmaq üçün səyləri davam etdirəcəyik”.
Xələf Xələfov bu il Həştərxanda Xəzərin hüquqi statusunun müəyyənləşməsinə dair növbəti sammitin keçiriləcəyini deyib: “Bakı sammitindən sonra növbəti sammitin bu il Həştərxanda keçirilməsi planlaşdırılır. Bir çox hazırlıq işləri aparılıb , bu işlər yenə davam etdirilir. May ayında nazirlərin konfransı keçirildi, bəzi istiqamətlərdə irəliləyişlər oldu. Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu işini davam etdirəcək. Bizim avqustun sonunda Moskvada görüşümüz nəzərdə tutulub. Ola bilər Həştərxanda sammitdən öncə də görüş oldu. Əsas məsələ ondan ibarətdir ki, prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılmalıdır, o sənəddə bir çox prinsipial məqamların öz həllini tapması nəzərdə tutulub .Eyni zamanda bəzi istiqamətləri təşkil edən saziş layihələrinin razılaşdırılması başa çata və imzalanmaq üçün sammitə təqdim oluna bilər”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info