«Həmrəy» silsilə tədbirlərə start verdi
Tarix: 10.07.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


«Vətənimizin inkişafı üçün ictimai fəallıq» adlı layihəyə start verildi. İctimai Birlikdən bildiriblər ki, «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinə «Vətənimizin inkişafı üçün ictimai fəallıq» adlı layihə təqdim edib və müsabiqənin qaliblərindən biri olub. İcra planına uyğun olaraq, layihə cari ilin iyul ayının 10-da Xızı, 11-də Şabran, 16-17-18-də isə Quba, Qusar, Xaçmaz rayonlarında həyata keçiriləcək.
Layihə iki mərhələdə reallaşdırılacaq. Birinci mərhələ Siyəzən, Xızı, Şabran, ikinci mərhələ isə Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan gəncləri əhatə edəcək. Siyəzən rayonunda 100-dən çox gəncin iştirakı ilə baş tutan ilk tədbirə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və rayon ictmaiyyətinin nümayəndələri də qatılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Eyvazova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov tədbirin əhəmiyyətini vurğulayaraq, Siyəzəndə keçirdiyinə görə təşkilata təşəkkür edib. Tədbirdə çıxış edən “Həmrəy”in sədri, layihənin rəhbəri Yəhya Babanlı: “Hər bir gəncin ən ümdə vəzifəsi vətənimiz Azərbaycanı sevmək, milli dəyərlərimizi yaşatmaq və müstəqilliyimizi qorumaqdır. Belə tədbirlərin reallaşdırılması region gənclərinin icimai fəallığının artırılmasına, onların Vətənin inkişafı üçün sosial aktivliyinə, yaşadıqları bölgənin inkişafı ilə bağlı tədbirlərdə məsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin hərtərəfli inkişafına, onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrində mühüm təsiri var”. Digər çıxış edənlər də “dəyirmi masa”-“seminar”ın səmərəliliyini vurğulayaraq, bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda, Vətənimizin və yaşadığı regionun inkişafı üçün ictimai fəal olmalarında böyük rol oynadığını bildiriblər. Sonra təlimçi Nəcəfov “İctimai fəallıq nədir; İctimai fəallığa nəzəri və praktiki yanaşma; İctimai fəal olmağın yolları və faydalılığı;İctimai fəallığın cəmiyyətin inkişafına təsiri” barədə seminar aparıb. Dəyirmi masa- seminarın interaktiv şəklində keçməsi gənclərin belə tədbirlərə marağının olduğunu təsdiq edir. Sonda, iştirakçılara sertifikatlar verilib.
Təlimçi Elxan Nəcəfov




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info