Bakı Ali Neft Məktəbi Polşa Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 10.07.2014 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi Polşanın AGH (Krakov) Elm və Texnologiya Universiteti ilə Anlaşma Memorandumu imzalayıb. Sənədi hər iki təhsil ocağının rektoru Elmar Qasımov və Tadueş Slomka imzalayıb.
Sənəddə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması, elmi forumların təşkili, informasiya resurslarının mübadiləsi və s. kimi məsələlər üzrə fəaliyyət nəzərdə tutulub. E. Qasımov Azərbaycan ilə Polşa arasında olan əlaqələrin böyük tarixə malik olduğunu, hələ XIX əsrin sonlarından polşalı mütəxəssislərin Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərdiklərini xatırladıb, məşhur polşalı mühəndis Pavel Pototskinin Bibiheybət ərazisinin bir hissəsinin torpaqlanmasında və orada dəniz neftinin hasilatı üçün imkanlar yaradılmasında müstəsna rol oynadığını vurğulayıb. Bakı Ali Neft Məktəbinin rektoru iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. T. Slomka Bakıda polşalı mütəxəssislərin fəaliyyətinə yüksək qiymət verildiyinə görə minnətdarlığını bildirib. O, Polşanın məşhur ali təhsil ocaqlarından birinin rəhbəri kimi hər iki ölkənin təhsil mərkəzləri ilə əməkdaşlığın inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını qeyd edib. Görüşün sonunda professor T. Slomkaya Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info