Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var
Tarix: 10.07.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“Bir çox ölkələrdə korrupsiya və bürokratik əngəllərlə bağlı bizə şikayətlər daxil olur, amma Azərbaycanla bağlı vəziyyət qənaətbəxşdir. Bizim buradakı iş adamlarımızın ciddi narazılıqları yoxdur”. Bunu Böyük Britaniyanın Bakıda səfərdə olan enerji məsələləri üzrə naziri Mayk Fallon deyib. M.Fallon qeyd edib ki, Azərbaycana sərmayə yatırmış Böyük Britaniya şirkətlərinin normal fəaliyyət göstərməsi üçün yaxşı işgüzar şərait var: “Britaniyalı iş adamları burdakı fəaliyyətlərindən məmnundurlar. Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var. Mən elə bir ciddi narazılığa və şikayətə rast gəlmədim. Əksinə, iş adamlarımız burda öz bizneslərini daha da inkişaf etdirmək və daha çox sərmayə yatırmaq arzusundadırlar”. Britaniyalı nazir əlavə edib ki, onun səfəri, keçirəcəyi görüşlər də bu istiqamətdə əməkdaşlığın və əlaqələrin genişlənməsinə hesablanıb: “İş adamlarımızın Azərbaycana sərmayə qoymasını və qanunlar çərçivəsində bu ölkənin iqtisadi inkişafına dəstək göstərməsini prioritet məsələlərdən hesab edirik. Yalnız enerji sektorunda yox, digər sahələrdə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək lazımdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info