Bərdədə KİV nümayəndələri üçün “açıq qapı” günü keçirilib
Tarix: 10.07.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Regionlarda istifadəyə verilən yeni ərazi idarələri daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu artırır

İyulun 10-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin yeni inzibati binasının açılışı olub və vətəndaşlar, maraqlı tərəflər və KİV nümayəndələri üçün “açıq qapı” günü keçirilib. Ərazi idarəsində “Açıq qapı” gününün təşkilində məqsəd ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurların əyani çatdırılması, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarının cavablandırılmasıdır. Eyni zamanda açılış tədbirindən sonra yerli icra nümayəndələri, bələdiyyələr və digər aidiyyəti təşkilatların nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq fəaliyyət sahələri üzrə sosial məmnunluğun təmin olunması məqsədilə müntəzəm tədbirlər həyata keçirir. Bu istiqamətdə komitənin önəm verdiyi ən mühüm məsələ fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, rahat və çevik xidmətlərin təqdim olunmasıdır.
Qeyd olunub ki, bu gün əhalinin istifadəsinə verilən Bərdə ərazi qeydiyyat idarəsinin yeni inzibati binası da qeyd olunan tədbirlərin davamıdır. Bərdə, Tərtər, Ağdam, Goranboy rayonları və Naftalan şəhərini əhatə edən Ərazi İdarəsinin yeni inzibati binası müasir xidmət standartlarına və tələblərinə tam cavab verir. Sahəsi 745 m2 olan ərazi idarəsinin inzibati binası 3 mərtəbədən ibarətdir. Yeni tikilidə 20 xidməti otağı və akt zalı vardır.
Binada funksional xidmətlər üçün otaqlar, işçilərin inzibati otaqları, vətəndaşların gözləmə zalı, iclas zalı və Arxiv otağı mövcuddur.
Vətəndaşlara rahat və operativ xidmətin təşkili məqsədilə binanın birinci mərtəbəsində sənəd qəbulu və verilməsini təmin edən 5 əməliyyat masası yerləşdirilib. Bütün iş otaqları, iclas zalı və vətəndaşların qəbulu şöbəsi müasir avadanlıq və cihazlarla təchiz olunub. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zalında elektron növbəlilik aparatı quraşdırılıb. Ümumiyyətlə, komitənin ərazi qeydiyyat idarələrində qəbul şöbələrinin müasir əsaslarla fəaliyyətinə böyük diqqət yetirilir. Vətəndaşlara xidmət şəraitinin yüksəldilməsində qəbul şöbələrində rahat, çevik və şəffaf xidmətlərin göstərilməsinə xüsusi əhəmiyyət verilir.
Eyni zamanda binada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə guşəsi yaradılıb. Vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatına dair müvafiq izahedici, o cümlədən, xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Binada həmçinin ümummilli lider Heydər Əliyevlə bağlı guşə yaradılıb. Guşədə ulu öndərin Bərdə rayonuna səfərlərini, rayonda keçirdiyi görüşləri və tədbirləri əks etdirən fotostendlər qurulub.
İnzibati binada korporativ idarəetmə sistemi qurulub. Belə ki, daxili server otağı yaradılıb, daxili və xarici kompüter şəbəkəsi qurulub, mərkəzi serverlə əlaqə yaradılması üçün fiberoptik kabel çəkilərək mərkəzi serverə birləşdirilib. Binada rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr təmin edilib. Ərazi idarəsinin həyətində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Yeni istifadəyə verilən binanın müasir strukturu və xidmət şəraiti müraciət edən vətəndaşlara keyfiyyətli və rahat xidmətin təşkilinə, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradacaq. Eyni zamanda bütün bunlar nəticədə göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsinin artmasına səbəb olacaq.
Qeyd edək ki, burada həyata keçiriləcək hüquqi və funksional yardımçı xidmətlərdən Bərdə rayonu ilə yanaşı həmçinin ətraf rayonların əhalisi də yararlana biləcək.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək daşınmaz əmlakın qeydiyyatını aparan ərazi qeydiyyat binalarının müasir tələblərə uyğun yenidən qurulması və bu binalarda xidmət şəraitinin yüksəldilməsi istiqamətində bir sıra işlər görüb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə rayonlarında yeni xidmət binaları tikilib, Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-a çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir. Bütün bu işlər əhalinin vaxtdan səmərəli istifadəsini və rahatlığını təmin etmək məqsədi daşıyır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info