ADİU-da orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlərə start verildi
Tarix: 10.07.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin xətti ilə təşkil olunan “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi təşkil olunan təlim ölkədə fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər 10-23 iyul tarixləri ərzində respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinə nəzarətin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, sərbəst işlərin təşkili, kredit sistemində müəyyən olunmuş formalar, imtahana hazırlıq və Apelyasiya Komissiyasının fəaliyyətinin təşkili, tələbə və müəllimlərin mobilliyi, təcrübə və yay semestrlərinin təşkili haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər.
Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və orta ixtisas təhsili sektorunun rəhbəri Kərim Mikayılov iştirak edib. Rektor çıxışı zamanı kredit sisteminin üstünlüklərindən, o cümlədən təhsil alan ilə təhsil verən arasındakı münasibətlərinin təkmilləşdirilməsindən söz açıb. O, bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışı zamanı ADİU-da “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” layihəsi çərçivəsində 48 tyutorun yüksək peşəkarlıqla hazırlandığını bildirib. Daha sonra kredit sisteminin tədris işçiləri tərəfindən hələ də tam mənimsənilmədiyini diqqətə çatdırıb. Tyutorlar ilə orta ixtisas təhsili müəssisələri rəhbərləri arasında birgə fəaliyyətin təşkili üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının xüsusi önəm daşıdığını vurğulayıb. Tələbələrin sərbəst işlərinin hazırlanması barədə proqramın Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə hazırlanması tövsiyə edilib.
Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən tərtib edilib. Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info