Argentinalı qonaqlar universitetdə
Tarix: 10.07.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva və La Plata Milli Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Botta Naxçıvan Muxtar Respublikasına rəsmi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, Naxçıvan Dövlət Universitetinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə məlumat verib. Qeyd olunub ki, dünya təhsilinə inteqrasiya yolu tutan, 50 ilə yaxın tarixi inkişaf yolu keçmiş universitetin beynəlxalq əlaqələri bu illər ərzində genişlənib. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəb bir çox beynəlxalq layihədə də uğurla təmsil olunur. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük əhəmiyyət verilir. Səfir Karlos Dante Riva Azərbaycan-Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 ildən artıq tarixə malik olduğunu, Argentinanın 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb, iki ölkə arasında əlaqələrin inkişafından danışıb. Argentinalı diplomat ilk dəfə 2013-cü ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasına səfər etdiyini xatırladaraq ötən dövr ərzində regionun nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini məmnunluqla bildirib. Qeyd olunub ki, ölkələrarası münasibətlərin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın, mədəni əlaqələrin özünəməxsus rolu var və səfirlik Argentina universitetlərinin Azərbaycanın təkcə paytaxtında deyil, müxtəlif regionlarında fəaliyyət göstərən ali məktəblərlə, xüsusilə də Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığının inkişafına hərtərəfli köməklik göstərəcək. Professor Paulo Botta La Plata Milli Dövlət Universiteti və onun nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun fəaliyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Diplomatik Akademiyası və Qafqaz Universiteti ilə əməkdaşlığa malik olması haqqında məlumat verib. Qeyd olunub ki, iki il öncə burada yaradılmış Azərbaycanşünaslıq kafedrası sayəsində argentinalı tələbələr Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, siyasəti, milli mədəniyyəti haqqında geniş məlumatlar əldə edirlər. Kafedra tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə hazırlanmış "Heydər Əliyev və müasir Azərbaycanın qurulması" adlı kitab və müstəqil Azərbaycanın son on illik inkişaf yolunu əks etdirən digər bir yeni nəşr ispandilli ölkələrdə Azərbaycanın təbliğinə xidmət edir. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı, birgə layihələrin təşkili, tələbə-müəllim mübadiləsi, virtual əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmış, əməkdaşlıq müqaviləsinin imzalanması haqqında təkliflər dəyərləndirilib. Sonra tələbələrlə görüş keçirilmiş, professor Paulo Botta “Argentinanın beynəlxalq münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda məruzə edib, Argentina-Azərbaycan iqtisadi, siyasi, mədəni əlaqələrindən, diplomatik münasibətlərindən danışıb. Beynəlxalq münasibətlər üzrə argentinalı tədqiqatçı tələbələrin suallarını cavablandıraraq Azərbaycanın siyasi və iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmaqda olduğunu, Argentinanın bu ölkənin dövlət müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Argentinanın səfiri Karlos Dante Riva və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görüşdə çıxış edərək iki ölkə arasında diplomatik münasibətlərin inkişafından, elm, təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışıblar. Qonaqlar universitet kampusunu gəzərək tədris və elmi-tədqiqat yönlü laboratoriya və muzeylərdə, Memarlıq və mühəndislik fakültəsindəki Memarlıq və incəsənət tarixi kabinəsində, sərgi salonunda olublar.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info