Türkobada həkim məntəqəsi kənd sakinlərinin istifadəsinə verildi
Tarix: 10.07.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Türkoba kəndində həkim məntəqəsinin açılış mərasimi olub.
Mərasimi giriş sözü ilə Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Leyla Əzizova açmış, Türkoba həkim məntəqəsinin müdiri Şahnəzər Hüseynov, Türkoba kənd icmasının sədri Əfqan İbrahimov və başqaları çıxış edərək Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində tikilib istifadəyə verilən səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə AzKİL2-in Muğan-Salyan RƏO proqram mütəxəssisi Fəridə Eminova, AzKİL2-in direktor müavini Gülbəniz Qəmbərova, AzKİL2-in direktoru Sübhan Əsgərov və başqaları çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq tibb məntəqəsinin insanların həyat və sağlamlıqlarında önəmli olacağını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Sonra rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə ilə əlaqədar təbrik edib, əhaliyə sağlam gələcək arzulayaraq, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov AzKİL2-in direktoru Sübhan Əsgərov ilə birgə rəmzi lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olublar.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info