Alden Rivera: “Sürətlə inkişaf edən Azərbaycanla əlaqələr önəmlidir”
Tarix: 11.07.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan və Honduras arasında iqtisadi əməkdaşlıq imkanları
müzakirə edilib


Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin ilk günü Honduras nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzüblər. Honduras nümayəndə heyəti həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olublar. İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib. Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Şahin Mustafayev Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində hüquqi və iqtisadi bazanın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb, iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsi üzərində iş aparıldığı qeyd olunub. Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Rivera sürətlə inkişaf edən Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib. Hondurasın iqtisadiyyatına dair təqdimatında cənab Alden Rivera ölkəsində həyata keçirilən dövlət proqramları və potensial layihələr barədə məlumat verib, Azərbaycan iş adamlarını bu layihələrdə iştiraka dəvət edib. İyulun 12-dək davam edəcək səfər çərçivəsində Hondurasın iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayraq Meydanı və “İçərişəhər”lə tanış olub. İyulun 11-də isə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info