2012-ci ildə buraxılış imtahanında “iki” qiyməti alan şagirdlərin 45%-i bu il də XI sinifdə “iki” alıb
Tarix: 11.07.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


2012-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edən məzunların bu il keçirilən buraxılış imtahanında göstərdikləri nəticələrin müqayisəli təhlili aparılıb və müəyyən statistik rəqəmlər ortaya çıxıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirdi ki, 2012-ci ildə 117 min nəfər şagird IX sinif üzrə buraxılış imtahanı verib: “Onlardan 85 mini bu il keçirilən buraxılış imtahanında iştirak edib. XI sinif üzrə buraxılış imtahanında iştirak etməyən şagirdlərdən 5 mini orta ixtisas məktəblərində, 5 mini peşə liseyində oxuyur. Təxminən 150 şagird isə 10-cu sinifdə qalıb. 2012-ci ildə IX sinifdə “Ana dili”ndən “iki” alanların sayı 19-20 faiz idisə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i “Ana dili”ndən “iki” alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32 faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib”.
İmtahana gələn 85 min şagirdin öz nəticələrini hansı səviyyədə doğrultduğunu açıqlayan M. Abbaszadə qeyd etdi ki, 2012-ci ildə IX sinfə imtahan verərək “iki” alan və bu ildə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən “iki” alıb. Onların 47 faizi “3”, 7 faizi “4”, hətta 1 faizi “5” alıb: “Bu, “Ana dili”ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz üzərində işləyiblər. Nəticədə onların 45-nin nəticəsi eyni səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər”. 2012-ci ildə 9-cu təhsil bazası üzrə keçirilən buraxılış imtahanında “Riyaziyyat”dan “iki” alan şagirdlərin 42 faizi bu il 11-cı sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstəriblər. İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi “üç” , 12 faizi “dörd”, 1,5 faizi isə “beş” qiyməti alıb. 2012-ci ildə buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin “Ana dili”ndən, 42 faizinin isə “Riyaziyyat”dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi “Ana dili”ndən, 35 faizi “Riyaziyyat”dan dörd qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz “Ana dili”ndən, 6,4 faizi isə “Riyaziyyat”dan “beş” qiyməti alıb. Şagirdlərin 30 faizi iki il öz üzərində işləyərək “Ana dili”ndən, 40 faizdən çoxu “Riyaziyyat”dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz “Ana dili”ndən, 16,4 faizi “Riyaziyyat”dan öz nəticəsini pisləşdirib və 11-ci sinif buraxılış imtahanında iki qiyməti alıb. İki il əvvəl bundan əvvəl “dörd” qiyməti alan məzunlardan 47 faizi “Ana dili”ndən, 53 faizi “Riyaziyyat”dan bu il 11-cı sinif üzrə həmin nəticələrini təsdiqləyiblər. “Riyaziyyat”dan 33,2 faizi , “Ana dili”ndən isə 34 faizi beş qiyməti alıb. İki il bundan əvvəl buraxılış imtahanlarında “dörd” qiyməti alan şagirdlərin 1 faizi hər iki fəndən “2” qiyməti alıb. Riyaziyyatdan 11 faiz “Ana dili”ndən 18 faizi iki il əvvəl göstədiyi “dörd” qiymətini bu il “üçə” düşürüb. İki il əvvəl “4” alanların arasında yaxşılaşan nəticə 30 faizdən çoxdur. 2012-cı ildə buraxılış imtahanında “5” qiymət alanların 80 faizi bu il 11-ci sinifdə öz nəticələrini təsdiqləyiblər, yalnız 1 faiz nəticəsini pisləşdirib.
TQDK sədri qeyd etdi ki, IX sinfə kimi gələn şagird buraxılış imtahanında “4” və “5” qiyməti alırsa, deməli onun əsaslı bilikləri məktəbdə formalaşıb və 2 ildə öz üzərində çalışdıqda bu bilikləri daha da yaxşılaşdıra bilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info