9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbulun ilkin nəticələri açıqlandı
Tarix: 11.07.2014 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun ilkin nəticələrini açıqladı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirdi ki, dünən ümumi orta təhsil bazasından(9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb və 17 632 gənc ixtisas seçimində iştirak edib: “Bunun əsasında artıq yerləşdirmə aparılıb və ilkin statistikanı açıqlayıram. Yaxın saatlarda ixtisas seçiminin nəticələri açıqlanacaq və internetdə yerləşdiriləcək. İlkin statistik məlumatlara əsasən, deyə bilərəm ki, ixtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99,94% dolub və cəmi 4 plan yeri boş qalıb. Qalan boş yerlər isə xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Belə yerlər üzrə sənəd verənlərin sayı yerlərlə müqayisədə azdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planının dolma faizi 66,29%-dir. Ümumilikdə isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 91,52% dolub”. Abituriyentlərə müraciət edən TQDK sədri qeyd etdi ki, ərizə verənlər bu gün nəticələri əldə edəcəklər. Onun sözlərinə görə, gələn həftənin bazar ertəsi günündən qəbul olanların qeydiyyatı aparılacaq. Qeydiyyat başa çatandan sonra boş qalan yerlərin elan olunacağını deyən M.Abbaszadə vurğuladı ki, bazar ertəsi çıxacaq “Abituriyent” jurnalında qəbul olanların siyahısı, keçid balları elan olunacaq: “Elə təhsil müəssisələri var ki, orada qəbul planı 100% dolub. Belə ki, Bakıda olan kolleclərin əksəriyyətində - Azərbaycan Maliyyə-İqtisad, Bakı Dövlət İqtisadiyyat və humanitar, Bakı Qida Sənayesi, Bakı Dövlət Sosial-İqtisadiyyat, Azərbaycan Dəniz Balıq Sənayesi, Bakı Dövlət Rabitə-Nəqliyyat kolleclərində, Milli Konservatoriyanın nəzdində Musiqi kolleci, Bakı Texniki Kolleci qəbul planı 100% dolub. Bakıda yalnız Rəssamlıq Akademiyasının kollecində (83% dolub) və Bakı Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasına boş yerlər qalıb. Bölgələrdən isə Gəncə Musiqi Kollecində yerlər 99%, Qazax Dövlət Sənaye Kollecində 95%, Sumqayıt Dövlət Texniki Kollecində 100%, Sumqayıt Musiqi Kollecində 98,85%, Quba Dövlət İqtisadi Kollecində 100%, Şəki Pedaqoji Kollecində 55,55%, Şamaxı Humanitar Kollecində 79%, Lənkəran Dövlət Humanitar Kollecində 68% dolub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info