Azərbaycan diaspor üzvünün Ukrayna prezidentinə təklifi qəbul olunub
Tarix: 11.07.2014 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Ukraynadakı həmvətənimiz, 2008-2009-cu illərdə Ukrayna Prezidenti yanında etnosiyasi məsələlər üzrə Şuranın üzvü Oktay Rüstəmovun prezident Pyotr Poraşenkoya, Şuranın fəaliyyətinin bərpa olunması ilə bağlı etdiyi təklif qəbul olunub. Bu haqda Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Qaraş Tağıyev məlumat verib. Təklifdə deyilir: "Ukrayna ictimaiyyətində vətəndaş razılığının qorunması, millətlərarası münasibətlərin inkişafı, Ukraynadakı milli azlıqlarının etnik, mədəni, dil və mənəvi hüquqlarının müdafiəsi istiqamətində aparılan fəaliyyətin aktivləşməsi, etnosiyasi məsələlərin düzgün istiqamətləndirilməsi naminə Sizə, Ukrayna Prezidenti yanında daimi məsləhətçi orqan vəzifəsini icra edən "Etnosiyasi məsələlər üzrə daimi Şura" yaradılması təklifi ilə müraciət edirəm. Əminəm ki, belə bir orqanın fəaliyyəti dövlət etnosiyasətinin təkmilləşdirilməsinə, milli siyasətin demokratik Avropa dəyərlərinə yönəldilməsinə,zəmin yaradacaq” Onu da qeyd edək ki, təklifin Prezident Adminstrasiya tərəfindən qəbul olunmasıyla bağlı Ukraynanın aparıcı xəbərlər portalı olan UKRİNFORM agentliyində məlumat yayımlanıb.
Məlumatı aşağıdakı linkdən izləmək mümkündür: http://www.ukrinform.ua/rus/news/prezidentu_predlagayut_vozrodit_etnonatsionalniy_sovet_1648116
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info