Azərbaycan Belarusdan iki batareya T-38 “Stilet” zenit-raket kompleksi alıb
Tarix: 11.07.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Belarusun “Tetraedr” şirkətindən iki batareya T-38 “Stilet” zenit-raket kompleksi alıb.
“Arms-Tass” agentliyinin verdiyi məlumata görə, bunu Minskdə keçirilən MİLEX-2014 müdafiə sərgisində jurnalistlərə “Tetraedr” şirkətinin şöbə müdiri İqor Novik deyib. O bildirib ki, “Stilet” ZRK artıq Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olub. Hazırda Azərbaycanın daha böyük sifarişi yerinə yetirilir.
İ. Novik Ukraynada yarınmış vəziyyətlə əlaqədar bu ölkənin “Luç” Konstruktor Bürosu ilə birgə üzərində işlər gedən "Stilet" kompleksi üçün T382 yeni idarə olunan zenit raketinin hazırlaması layihəsini dayandırdıqlarını deyib.
“Stilet” kompleksləri hava hədəflərini 20 km uzaqlıqda məhv etmə imkanına malikdir.
Qeyd edək ki, “Tetraedr” şirkəti Azərbaycan hava hücumundan müdafiə qoşunlarının S-125 “Peçora” və “Osa” zenit-raket komplekslərinin modernləşdirilməsi layihəsində iştirak edib.
“Tetraedr” şirkətinin baş direktoru Andrey Vaxovski 2011-ci ilin fevral ayında verdiyi açıqlamada ilk dəfə Azərbaycana T-38 “Stilet” zenit-raket kompleksinin satışı ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info