“İraqda baş verən dinlərarası ədavətin səbəbkarı Amerikadır”
Tarix: 12.07.2014 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


“AlterNet” saytında ekspert Noam Xomskinin maraqlı məqaləsi dərc edilib. Müəllif məqaləsində son vaxtlar İraqda baş verən qanlı olayları dəyərləndirib. Müəllif yazır ki, Amerikanın təlim keçib, silahlandırdığı ordu İŞİD terror təşkilatının qarşısında dayana bilməyərək dağıldı.
Ordunun bir neçə min terrorçu qarşısında qaçması imperialist tarixdə yeni təcrübədir: “Nürnberq prosesində səsləndirilən bir fikir bu gün də aktuallığını qoruyur. “Təcavüz böyük beynəlxalq cinayət olmaqla digər hərbi cinayətlərdən onunla fərqlənir ki, özündə bütün bədbəxtlikləri birləşdirir” fikri bu gün də təkrarlanmalıdır. Bu fikir ABŞ-ın baş prokuroru Robert Ceksona da çatdırılmalıdır. Bu gün baş verənlərə görə tarix bizi sabah mühakimə edəcək. İkinci Dünya müharibəsindən sonra qurulan tribunal üçün yapon imperialistlərinin çinlilər üçün “yerdə cənnət” yaratmaq istəyi və ya Hitlerin 1939-cu ildə “vəşhi diktatordan” xilas üçün qoşunları Polşaya yeritməsinin heç bir əhəmiyyəti yox idi. Ərəb saytlarından birinin baş redaktoru Abdel Bari Atvan hesab edir ki, İraqda baş verən xaos və qırğınların əsas səbəbi Amerika-Qərb işğalıdır. Qalan bütün versiyalar əsassızdır və diqqəti bu həqiqətdən yayındırmaq üçündür. İraqlı mütəxəssis Raed Carrar bu yaxınlarda verdiyi müsahibədə biz qərblilərin bilməli olduğu ümumi cizgiləri verib. Əksər iraqlılar kimi yarı şiə, yarı sünni olan Raed Qərb işğalına qədər doğmalarının dini identikliyi haqqında heç nə bilməyib. Milli şüurda dini sektalar anlayışı mövcud deyildi. Raed əmindir ki, bu gün ölkəni dağıdan dinlərarası ədavət Amerika işğalından sonra başlayıb. İşğalçılar İraqın milli identikliyini məhv edərək onu dini və etnik etdilər. Hər şey Birləşmiş Ştatlarda dini identikliyi öyrənən Şuranın yaradılması ilə başladı. Bu tamamilə İraqa yad idi. Bu gün şiələr və sünnilər Donald Ramsfeld və Dik Çeyninin verdiyi silahlar sayəsində bir-birinə düşməndirlər. Terrorun və zorkalılığın arxasında onlar və onlar kimi düşünənlər dayanır və münaqişələri yaradaraq regionu bölürlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info